IQNA

Misrin Dimyat şəhərində 205 nəfər Quran məzunu oldu

23:28 - November 11, 2018
Xəbər sayı: 3484155
Misrin Dimyat şəhərinin Quran mədrəsəsinin həftənin Şənbə günü keçirdiyi məzunluq mərasimində 205 nəfər qız və oğlana Qurani-Kərimin hafizliyi barədə şəhadətnamə verildi.

Misrin Dimyat şəhərində 205 nəfər Quran məzunu olduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Dimyat şəhərinin Quran mədrəsəsinin həftənin Şənbə günü keçirdiyi məzunluq mərasimində 205 nəfər qız və oğlana Qurani-Kərimin hafizliyi barədə şəhadətnamə verildi.

Dimyatın Qurani-Kərim mədrəsəsinin məzunları üçün buraxılış mərasimi "əl-birri vət-təqva" xeyriyyə təşkilatının təşəbbüsü ilə Dimyat şəhərinin "sosial birlik cəmiyyəti"nin ofisində keçirilib.

Bu mərasimdə 60 gün (iki ay) müddətində Qurani-Kərimi hifz edən Quran hafizlərinə şəhadətnamə verilib.

Mərasimdə Dimyatın meri iştirak edib və mədrəsəni fərqlənmə ilə bitirənlərə hədiyyələr verib.

http://iqna.ir/fa/news/3762709   

 

 

Teqlər: iqna ، misr ، dimyat ، quran hafizi
captcha