IQNA

Yəmənlilərin müqaviməti Ərəbistanın regiondakı heybətini sındırdı

7:10 - November 12, 2018
Xəbər sayı: 3484156
Yəmənin "Müstəqbəlul-Ədalət" hərəkatının baş katibi və din alimi İQNA ilə müsahibəsində dedi: "Yəmən xalqının müqaviməti Ərəbistanın və bəzi Avropa ölkələrinin regiondakı zəhmi və heybətini məvh etdi.

Yəmənlilərin müqaviməti Ərəbistanın regiondakı heybətini sındırdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Yəmənin "Müstəqbəlul-Ədalət" hərəkatının baş katibi və din alimi İQNA ilə müsahibəsində Yəmən xalqının sarsılmaz müqavimətinə işarə edərək dedi: "Yəmən xalqının müqaviməti Ərəbistanın və bəzi Avropa ölkələrinin regiondakı zəhmi və heybətini məvh etdi.

O əlavə etdi: Amerikalıların atəşkəs və müzakirə təklifi çarəsizlikdəndir. Ali-Səud və dünya imperializmi Yəmən xalqını dizə çökdürə bilmədikləri üçün müzakirə məsələsini ortaya atırlar.

O vurğuladı: Bu gün Yəmən müqaviməti müharibənin ilk ilinə nisbətdə daha da güclənib və daha çox hərbi gücə malikdir. Buna görən imperialist qüvvələr atəşkəsdən dəm vururlar. Onlar nə vaxt müzakirə və atəşkəsdən danışırlarsa, zəiflikdən və çarəsizliklərindəndir.

Yəmənin "Müstəqbəlul-Ədalət" hərəkatının baş katibi dedi: Onlar müharibəni başladılar. Amma bilsinlər ki, müharibənin sonu Yəmənlilərin əlindədir. Savaşın nəticəsini də MÜQAVİMƏT təyin edəcəkdir.

İQNA ilə müsahibəsində BMT (Birləşmiş Millətlər Təşkilatı) –nin və digər beynəlxalq cəmiyyətlərin Yəməndə baş verənləri faciə adlandırması, hər gün uşaqların acından ölməsi və digər məsələlərə toxunaraq sonda dedi: "İslam İnqilabı İmam Xomeyni və İmam Xameneinin rəhbərliyi ilə İslamın və Əhli-Beyt (ə) məktəbinin dünyada canlanmasında səbəb oldu. Bu inqilabın və inqilab şəhidlərinin qanı bahasına bu gün regionda millətlər və eləcə də Yəmən xalqı oyaqdır və bu günki müqavimət yəmənlilərin kimliyini onlara qaytarmışdır.  

Qeyd edək ki, Yəmənin yeganə "12 imamçı şiə" təşkilatı olan "Müstəqbəlul-Ədalət" hərəkatının baş katibi Seyid Həsən Əli İmad 1979-cu ildə Sənada "Zeydi" ailəsində anadan olub.

O, əhli-sünnə və vəhabiyyət təfəkkürünün hökm sürdüyü bir cəmiyyətdə böyüdü və onlardan təsirləndi. Amma bir çox araşdırma və tədqiqatdan sonra vəhabiyyətin şiələr barədə bütün iddialarının yalan və qondarma olduğunu gördü və bu yalançı məzhəbi tərk edərək yenə də "Zeydi" məzhəbinə geri döndü.

Araşdırmalarının davamında Zeydi alimlərinin də bir çox nəzərlərinin Quran və Əhli-Beyt (ə) xətti ilə üst-üstə düşmədiyini və bu məzhəbindən "səqəleyn" xəttindən çıxdığını başa düşdü. Buna görə də 1997-ci ildə "12 imamçı şiə məzhəbi"ni qəbul etmiş və İran İslam Respublikasının Qum Elmi Dini Hövzəsində ali dini təhsil almışdır.

http://iqna.ir/fa/news/3762526

Teqlər: iqna ، yəmən ، zeydi ، vəhabi ، səudiyyə
captcha