IQNA

Quranın əlyazma nüsxəsi farsca tərcüməsi ilə Sarayevoda saxlanılır

17:26 - November 12, 2018
Xəbər sayı: 3484162
Miladın 17-ci əsrində aid Qurani-Kərimin əlyazma nüsxəsi Fars dilində tərcüməsi ilə Bosniya və Herseqovinanın paytaxtı olan Sarayevo şəhərinin milli kitabxanasında saxlanılır.

Quranın əlyazma nüsxəsi farsca tərcüməsi ilə Sarayevoda saxlanılırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, miladın 17-ci əsrində aid Qurani-Kərimin əlyazma nüsxəsi Fars dilində tərcüməsi ilə Bosniya və Herseqovinanın paytaxtı olan Sarayevo şəhərinin milli kitabxanasında saxlanılır.

Bu barədə İran İslam Respublikasının Sarayeovadakı Mədəniyyət Mərkəzinin məsullarına "Ğazi Xosrovbeg" kitabxanasının rəisi Osman Laviç məlumat verib.

İran İslam Respublikasının Sarayevodakı Mədəniyyət Mərkəzinin rəisi Əmir Hüseyn Nuri bu kitabxananı ziyarət edib və kitabxananın məsulları ilə ikitərəfli mədəniyyət əlaqələri barədə danışıb.

Bu görüşdə Osman Laviç bildirib ki, kitabxanada qədim İslami əlyazma nüsxələr, miniatür təsvirlər və digər qədimi ekspanantlar saxlanılır. Bunların arasında İrana qədim Quran nüsxəsi, tarixi daş kitabələr, hüsnxətt tabloları, Osmanlı dövlətinin məktubları, qanunnamələr, idarə məktubları və sair qədim rəsmi sənədlər mövcuddur.

Görüşün sonunda tərəflər arasında qədim əlyazma nüsxələr, tarixi əsərlərin tanınması və həmçinin mədəniyyət əlaqələrinin genişləndirilməsi üçün memorondum imzalanması barədə razılıq əldə edilib.

http://iqna.ir/fa/news/3762852

 

captcha