IQNA

Almaniyada "Quran, hicab və mübahisəli məsələlər" seminarı keçiriləcək

10:00 - November 13, 2018
Xəbər sayı: 3484164
Noyabr ayının 29-da Almaniyanın Aşağı Saksoniya (Niedersachsen) əyalətinin Selli (Celle) şəhərinin Mədəniyyət Mərkəzində "Quran, hicab və mübahisəli məsələlər" adlı seminar keçiriləcək.

Almaniyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ayın 29-da Almaniyanın Aşağı Saksoniya (Niedersachsen) əyalətinin Selli (Celle) şəhərinin Mədəniyyət Mərkəzində "Quran, hicab və mübahisəli məsələlər" adlı seminar keçiriləcək.

Bu seminar Almaniyanın Ailələr, Qocalar, Qadınlar və Cavanların İşi Nazirliyinin təşəbbüsü ilə "demokrtaik həyat" proqramının icrası yönündə təşkil edilmişdir.

Seminarda Almaniyalı İslamşünas, İslami məsələlərdə müşavir, ictimai dialoq və miqrasiya üzrə məsləhətçi "Yanik Feynus" Avropa və Almaniya cəmiyyətinin İslama münasibəti, Avropa cəmiyyətində hicab, halal yeməklər, məktəb və bağçalarda uşaqların qida məsələsi və məscidlərin tikilməsi kimi məsələlərdə qarşıya çıxan problemlər barədə çıxış edəcəkdir.

http://iqna.ir/fa/news/3763352

Teqlər: iqna ، almaniya ، hicab ، seminar ، avropa ، quran
captcha