IQNA

Nürnberq "İslamın mesajı" sərgisinə evsahibliyi edir

19:59 - November 13, 2018
Xəbər sayı: 3484167
Almaniyanın Bayren əyalətinin Nürnberq şəhərinin "Nürnberin Təbiət Tarixi" muzeyində iki ölkənin nüfuzli şəxslərinin iştirakı ilə "İslamın mesajı" sərgisinin açılım mərasimi keçirilib.

Nürnberq İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin birinci günü, 12 Noyabr 2018-ci il, Almaniyanın Bayren əyalətinin Nürnberq şəhərinin "Nürnberin Təbiət Tarixi" muzeyində "İslamın mesajı" sərgisinin açılım mərasimi keçirilib.

Mərasimdə Bayren əyalətinin daxili işlər naziri Yuaxim Herman, Nürnberq şəhərinin icra hakimi, Omanın Almaniyadakı səfiri, Almaniya-Oman dostluğu birliyinin rəisi, Omanın Vəqflər nazirinin ofisində elmi məsləhətçi Məhəmməd ibn Səid Müəmməri və digərləri iştirak ediblər.  

Almaniyanın Bayren əyalətinin Nürnberq şəhərinin "Nürnberqin Təbiət Tarixi" muzeyində keçirilən "İslamın mesajı" sərgisi gələn ilin Aprel ayınadək davam edəcəkdir.

Sərgidə müxtəlif proqramlar icra ediləcəkdir, o cümlədən xətiblər çıxış edəcəklər, seminarlar keçiriləcək, dini və tarixi mütəxəssislərin iştirakı ilə dəyirmi masalar olacaq və həmçinin Omanlı hüsnxətt ustadlarının iştirakı ilə xəttatlıq dərnəyi keçiriləcəkdir.

Dinlərin, mədəniyyətlərin və millətlərin arasında sülhlə və dostcasına yaşamaq dəyərlərinin gücləndirilməsi, millətlər arasında orta yol tutmaq və radikallıqdan uzaq olmaq kimi dəyərlərin aşılanması və dini qrumların beynəlxalq əlaqələrinin genişləndirilməsi bu sərginin əsas hədəflərindəndir.  

Qeyd edək ki, Nürnberq şəhərinin Təbiət Tarixi Muzeyi bu şəhərin Tarix Birliyinin nəzdində fəaliyyət göstərir. Bu birlik 1801-ci ildə təsis edilmişdir. Hazırda 1800 üzvi vardır və Almaniyanın ən böyük elmi təşkilatlarından biridir.   

http://iqna.ir/fa/news/3763614

captcha