IQNA

Dünyanın nadir Quranlarından biri sərgiyə çıxarılacaq

16:26 - November 16, 2018
Xəbər sayı: 3484183
Misrin Vəqflər Nazirliyi keçən il (2017) qədim əlyazma bir Qurani-Kərim nüsxəsini təmir və bərpa etdi. "Osman ibn Əffan müshəfi" adlanan bu nüsxə dünyanın qədim və nadir əlyazma nüsxələrindən biridir.

Dünyanın nadir Quranlarından biri sərgiyə çıxarılacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Vəqflər Nazirliyi keçən il (2017) qədim əlyazma bir Qurani-Kərim nüsxəsini təmir və bərpa etdi. "Osman ibn Əffan müshəfi" adlanan bu nüsxə dünyanın qədim və nadir əlyazma nüsxələrindən biridir.

Osman ibn Əffan müshəfi adlanan bu Quran nüsxəsi 2017-ci ilin Avqust ayında Misrin Vəqflər Nazirliyinin və "əl-Məkənz əl-İslami" təşkilatının həmkarlığı ilə təmir və bərpa edilmişdir.

Keçən bir il ərzində həmin Quran nüsxəsindən mətbuatda heç bir xəbər yayılmadığına görə, "əl-Yəvm əs-Sabe" qəzetinin müxbiri Misrin Milli Sənədlər və Kitablar Mərkəzinin rəisi Hişam Əzmi ilə müsahibə edib və həmin Quran nüsxəsinin taleyi ilə maraqlanıb.

Misrin Milli Sənədlər və Kitablar Mərkəzinin rəisi Hişam Əzmi bildirib ki, Osman ibn Əffan müshəfi hazırda həmin mərkəzdə qorunur və yaxın gələcəkdə ümumi sərgiyə çıxarılacağı planlaşdırılır.

Qeyd edək ki, Osman ibn Əffan müshəfi adlanan bu Quran nüsxəsi hicrətin 25-ci əsrində Osmanın göstərişi ilə toplanmış Quran nüsxələrindən biridir.   

http://iqna.ir/fa/news/3764214  

سرنوشت قرآن مرمت‌شده مصر چه می‌شود؟

Teqlər: iqna ، vəqf ، misr ، quran ، osman ibn əffan
captcha