IQNA

İmam Əlinin (ə) Malik Əştərə məktubu Malay dilinə tərcümə edili

16:43 - November 17, 2018
Xəbər sayı: 3484188
"Mövlamız İmam Əli ibn Əbi Talib (ə)" seminarı Malaziyanın "Silsilətus-Saadat" müəssisəsinin təşəbbüsü və Malaziyanın Beynəlxalq İslami Araşdırmalar Müəssisəsinin həmkarlığı ilə keçirilib.

İmam Əlinin (ə) Malik Əştərə məktubu Malay dilinə tərcümə ediliİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə,  Həzrət İmam Əlinin (ə) Malik Əştərə məktubu Malaziyada "malay" dilinə tərcümə edilib.

Tərcümənin təqdimat mərasimi "Mövlamız İmam Əli ibn Əbi Talib (ə)" seminarı çərçivəsində keçirilib.

"Mövlamız İmam Əli ibn Əbi Talib (ə)" seminarı Malaziyanın "Silsilətus-Saadat" (Seyidlər Şəcərəsi) müəssisəsinin təşəbbüsü və Malaziyanın Beynəlxalq Genişləndirilmiş İslami Araşdırmalar Müəssisəsinin həmkarlığı ilə keçirilib.

Bu gün, həftənin şənbə günü, 17 Noyabr 2018-ci il, günün birinci yarısında, Malaziyanın paytaxtı Kualalampurun mədəni və elmi şəxsiyyətlərinin iştirakı ilə keçirilən bu seminarda Sinqapurun milli universitetinin cəmiyyətşünaslıq ustadı Fərid Əttas və Malaya universitetinin İslam Akademiyasının ustadı Əhməd Feysəl Əbdülhəmid İmam Əlinin (ə) misilsiz şəxsiyyəti və təfəkkürü barədə çıxış ediblər.  

http://iqna.ir/fa/news/3764583  

captcha