IQNA

Əfqanıstanın təhsil nazirliyi 30 min qadını işlə təmin edib

17:06 - November 17, 2018
Xəbər sayı: 3484189
Bu barədə Əfqanıstanın Təhsil və Maarif nazirliyinin sözçüsü Nuriyə Nehzət bu gün, həftənin Şənbə günü, 17 Noyabr 2018-ci il, mətbuat konfransında xəbər verib.

Əfqanıstanın təhsil nazirliyi 30 min qadını işlə təmin edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın Təhsil və Maarif nazirliyi strateji plan çərçivəsinndə 30 min qadın müəlliməni və maarif işçisini işlə təmin edib.

Bu barədə Əfqanıstanın Təhsil və Maarif nazirliyinin sözçüsü Nuriyə Nehzət bu gün, həftənin Şənbə günü, 17 Noyabr 2018-ci il, mətbuat konfransında xəbər verib.

Əfqanıstanın Təhsil və Maarif nazirliyinin sözçüsü Nuriyə Nehzət deyib: 30 min xanımın işlə təmin edilməsi qadınların ictimai işlərdə fəallığını artırmaq məqsədi ilə həyata keçirilib.

O əlavə edib: Bu xanımlar Əfqanıstanın 34 əyalətinin kəndlərində, xüsusilə də qadın müəllimələrə ehtiyac olan yerlərdə, işlə təmin edilmişdir. Bu proqram çərçivəsində maarif və təhsil sahəsində fəaliyyət göstərən xanımların sayı 33 faizdən 44 faizə yüksəlmişdir.  

Nuriyə Nehzət həmçinin əlavə edib: Ölkənin təhsil və maarif nazirliyi keçən il ərzində 2 min 674 min və bu il 2 min 326 nəfər müəllim işə almışdır.  

http://iqna.ir/fa/news/3764658  

captcha