Səudiyyə Ərəbistanın "Saleh Əbdüləziz Racihi" adına xeyriyyə müəssisəsi dünyanın 16 ölkəsində müsəlmanların arasında 500 min Qurani-Kərim nüsxəsini pulsuz paylayıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın "Saleh Əbdüləziz Racihi" adına xeyriyyə müəssisəsi dünyanın 16 ölkəsində müsəlmanların arasında 500 min Qurani-Kərim nüsxəsini pulsuz paylayıb.
Bu xeyriyyə müəssisəsinin icraçı müdiri Əbdüssəlam Racihi bu barədə deyib: Baxmayaraq ki, müasir dövrdə texnolgiya inkişaf etmiş və bunun da nəticəsində Quran sahəsində elektron proqramlar çoxalmışdır, yenə də bir çox ölkələrdə elektron Quran proqramlarından istifadə edilmir, Quranı üzündən oxumağı tərcih edirlər, bunu daha çox mənəvi və ruhi baxımdan sakitləşdirici hesab edilər və ya hamı elektron nüsxələr hamı üçün əlçatanda deyil.
O əlavə etdi: Buna görə müəssisə tərəfindən hazırlanmış Qurani-Kərimin çap nüsxələri İndoneziya, Filippin. Ciyubiti, Malaziya, Şri-Lanka, Seneqal, Tanzaniya, Mali, Fil Dişi Sahili, Mərakeş, Cənubi Afrika, Tayland, Pakistan, Bosniya və Herseqovina, Sudan və Qvineyada müsəlmanlar arasında pulsuz paylanıldı.
Qeyd edək ki, bu xeyriyyə müəssisəsi keçən 4 il ərzində dünyanın müxtəlif ölkələrində 2 milyon Qurani-Kərim nüsxəsi paylamışdır.