IQNA

Nigeriya müsəlmanları hicab qadağasına etiraz etdilər

0:13 - November 19, 2018
Xəbər sayı: 3484200
Nigeriya müsəlmanlarının işləri üzrə ali şura (NSCİA) ölkə məktəblərindən birincə hicabın qadağan edilməsinə qarşı etiraz ediblər.

Nigeriya müsəlmanları hicab qadağasına etiraz etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya müsəlmanlarının işləri üzrə ali şura (NSCİA) ölkə məktəblərindən birincə hicabın qadağan edilməsinə qarşı etiraz ediblər.
Bu şuranın sözçüsü Salihu Şehu bəyaniyyə yayaraq elan edib ki, müsəlman qızlarını hicabdan istifadə etmək haqqından məhrum etmək müsəlmanlar əleyhinə aparılan ayrıseçkilik siyasətinin tərkib hissəsidir.
Bəyaniyyidə deyilir ki, məktəb təlim məkanıdır və bu məkanda uşaqların hər bir təhlükəsizliyi qorunmalı və uşaqların şəxsiyyətinə hörmətlə yanaşılmalıdır.
Qeyd edək ki, Nigeriyanın cənub şərqində yerləşən Oyo əyalətinin məktəb məsulları keçən həftənin Cümə günü 9 nəfər müsəlman qızı hicablı olduqları üçün məktəbə buraxmayıblar.
Məktəbin bu addımını müsəlmanlar əleyhinə dini zəmində ayrıseçkilik adlandıran Ali Dini Şura bəyaniyyədə bildirib ki, müsəlmanlar oturub gözləməməli, hüquqlarını qorumalıdırlar və hüquqlarının pozulmasına tamaşaçı olmamalıdırlar.
Xatırladaq ki, müsəlman qadınların İslami hicab geyinmək hüququnun pozulması Nigeriyanın təhsil ocaqlarında ilk dəfə deyil. Keçən il də Əbuca universitetinin məzunlara diplom verilməsi mərasiminə hicablı bir xanımın qatılmasının qarşısı alınmışdı.
140 milyonluq Nigeriya əhalisinin 50 faizini müsəlmanlar və 40 faizini xristianlar təşkil edir.         
http://iqna.ir/fa/news/3764961

Teqlər: iqna ، nigeriya ، hicab
captcha