IQNA

Almaniyada dini simvollar qadağan edildi

11:52 - November 20, 2018
Xəbər sayı: 3484204
"Niedersachsen" əyalətinin Ədliyyə Nazirliyinin layihəsinə əsasən prokurorlar və hakimlərin əyalət nümayəndələri məhkəminin ümumi iclaslarında dini simvollardan istifadə etməyə icazə verməməlidirlər.

Almaniyada dini simvollar qadağan edildi

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın "Niedersachsen" əyalətinin Ədliyyə Nazirliyinin layihəsinə əsasən prokurorlar və hakimlərin əyalət nümayəndələri məhkəminin ümumi iclaslarında dini simvollardan istifadə etməyə icazə verməməlidirlər.

Almaniyanın şimal radio tezliyi tərəfindən elan olunan və məzhəbi tərəfsizliyin qorunması üzərində dayanan bu layihəyə əsasən bundan sonra bu ölkənin ümumi məhkəmə iclaslarında iştirak edənlər öz dini simvollarından, o cümlədən hicab, xaç və kipa (yəhudi papağı) kimi geyimlərdən istifadə edə bilməzlər.

Bu bir halda baş verir ki, Almaniyanın anas yasasında məzhəbi azadlıq və tərəfsizliyin zərurəti vurğulanmışdır.

"Niedersachsen" əyalətinin ədliyyə naziri bu barədə deyib: Məhkəmədə iştirak edən hər bir kəs əmin olmalıdır ki, hakim və ya prokror insanların ideoloji və ya etiqadi kimliyinə görə rəftar etmir.

İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Mərkəzinin bu barədə verdiyi məlumata görə, İslam elmləri araşdırmaçısı və hüquqşünas Həmidə Mühəqqiqi bu layihəni tənqid edərək deyib: Bu qadağa ilə qadınlar öz ictimai işlərini və vəzifələrini yerinə yetirə bilməyəcəklər. Hicab örtməyin qadın işçilərin məhkəmələrdə öz vəzifələrini yerinə yetirməklə heç bir ziddiyyəti yoxdur. Həmçinin hicablı qadınlar ictimai işlərdə iştirak etmək imkanına malik olmasalar, heç vaxt öz ləyaqətlərini və bacarıqlarını cəmiyyətə isbatlaya bilməcəyəklər. Həmçinin məhkəmənin qərarından razı olmayan hər bir kəsin şikayət etmək hüququ vardır.

Müşahidəçilərin fikrincə isə bu qanun təkcə müsəlmanlara təzyiq üçündür. Çünki bütün məhkəmə zallarında xristian simvolları, xüsusi ilə də xaç simvolu vardır. Bu barədə "Niedersachsen" əyalətinin ədliyyə naziri vurğulayıb ki, xaçlar öz yerində qalacaqdır. Əgər bundan narzı iansanlar olarsa, sonda çaxı da götürmək olar.     

http://iqna.ir/fa/news/3765568

Teqlər: almaniya ، hicab ، xaç
captcha