IQNA

Səudiyyə hərbiçiləri ŞİƏ aktivisti güllələdilər

18:19 - November 20, 2018
Xəbər sayı: 3484206
Səudiyyə Ərəbistanın hərbiçiləri şiə məzhəbindən olan ictimai aktivist Nəzir İbrahim Ğəzvinin güllə ilə vuraraq öldürüblər.

Səudiyyə hərbiçiləri ŞİƏ aktivisti güllələdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın hərbiçiləri şiə məzhəbindən olan ictimai aktivist Nəzir İbrahim Ğəzvinin güllə ilə vuraraq öldürüblər.

Nəzir İbrahim Ğəzvinin şəhadəti barədə Səudiyyə Ərəbistanında fəlaiyyət göstərən sosial şəbəkə aktivistləri məlumat yayıb.

"Səvrus-Nimr" və "əl-Hərrak" cavanlar hərəkatına üzv olan sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata əsasən, Səudiyyə hərbiçiləri Qətif əyalətinin Tarut adasının Qüdəyh qəsəbəsindən olan Nəzir İbrahim Ğəzvini cari ilin Oktaybr ayının 17-də yaralamışdılar.  

Nəziri yaralandıqdan sonra onu naməlum istiqamətdə aparan səudiyyəli hərbiçilər ailəsinə yerini bildirməyiblər. Bir müddət keçdikdən sonra onun şəhid olması barədə məlumat yayılıb.

http://iqna.ir/fa/news/3765629

Teqlər: iqna ، səudiyyə ، qətif
captcha