IQNA

Demokrat nümayəndələr ABŞ Konqresindən hicabı qadağan edən qanunun ləğvini tələb edib

19:43 - November 20, 2018
Xəbər sayı: 3484208
Demokrat nümayəndələr ABŞ Konqresindən hicabı qadağan edən qanunun ləğvini tələb edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-da Konqresə keçirilən aralıq seçkilərdə Nümayəndələr palatasına yol tapan Somalidən olan İlhan Ömarin hicablı olmasına görə, Demokrat nümayəndələr  Konqresdə baş örtüyünü qadağan edən qanunla bağlı tələb irəli sürüb. 
Maide.Az “AA”a istinadla xəbər verir ki, Demokrat nümayəndələr  başı örtən şapka,  baş örtüyü və şalı qadağan edən 181 illik qanunun ləğv edilməsini tələb ediblər. 
Bildirilib ki, Minnesota ştatlarından seçkilərə qatılan və qələbə qazanan İlhan Ömar  hicablı olduğu üçün , bu qanuna görə  məclisdəki iclaslarda iştirak edə və çıxış edə bilməz. Bunun üçün nümayəndələr qanunun ləğv edilməsini tələb edib. 
Demokrat nümayənədələr bu qadağanın  dini azadlıq və dini ayinlərin yerinə yetirilməsi haqqında konistitusiyanın verdiyi  hüquqlarla ziddiyyət təşkil etdiyini təkidlə vurğulayıblar və ləğvini tələb ediblər. 
İ.Ömər öz sosial media hesabında verdiyi açıqlamada qeyd edib ki,  hicabı öz qərarı ilə taxır və bu hüququ ona  ABŞ  konistitusiyasının birinci maddəsi verir. 
“Bu qadağa, ləğv edilməsi üçün çalışacağım son  qadağa olmayacaq”- deyə  İ.Ömər qeyd edib. 
Teqlər: iqna ، abş ، konqres ، demokratiya ، hicab ، hicaba qadağa
captcha