IQNA

Qüds küçələrində Mövlud Həftəsi coşqusu

12:58 - November 21, 2018
Xəbər sayı: 3484212
Əziz Peyğəmbərimizin mövludu münasibətilə yüzlərlə fələstinli Qüds küçələrində orkestrin müşayiətilə Əl-Əqsa məscidinə yürüş edib.

Qüds küçələrində Mövlud Həftəsi coşqusuİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, əziz Peyğəmbərimizin mövludu münasibətilə yüzlərlə fələstinli Qüds küçələrində orkestrin müşayiətilə Əl-Əqsa məscidinə yürüş edib.

Fələstinlilər günorta namazından sonra Şərqi Qüdsün ən işlək prospektlərindən Zəhra küçəsində təkbir və qəsidələr söyləyərək, təntənəli yürüş keçiriblər.

Zəhra, Səlahəddin və Sultan Süleyman Qanuni prospektləri boyunca əllərində daşıdıqları bayraqlarla təşkil etdikləri yürüşdən sonra, Qədim Şəhərin Şam qapısından şəhərə girən orkestr qrupu, Kattanin (pambıqçılar) qapısından keçərək. Əl-Əqsa məscidinin həyətinə çatıblar.

Əl-Əqsa məscidinin həyətində bir müddət gəzdikdən sonra Qubbətus-Səhranın qarşısında başa çatan yürüş, təxminən üç saat çəkib.

Küçələrdə orkestr qrupunun yürüşünü izləyən fələstinlilər, yürüşə alqışlarla dəstək verib və birlikdə xatirə şəkli çəkdirib. Yürüş əsnasında toplaşan xalqa şirniyyatlar paylanıb.

İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.

Qüds küçələrində Mövlud Həftəsi coşqusu


Qüds küçələrində Mövlud Həftəsi coşqusu


Qüds küçələrində Mövlud Həftəsi coşqusu


Qüds küçələrində Mövlud Həftəsi coşqusu


Qüds küçələrində Mövlud Həftəsi coşqusu


Qüds küçələrində Mövlud Həftəsi coşqusu


Qüds küçələrində Mövlud Həftəsi coşqusu


Qüds küçələrində Mövlud Həftəsi coşqusu


Qüds küçələrində Mövlud Həftəsi coşqusu

captcha