IQNA

Əhli-Sünnə alimi:
23:56 - November 24, 2018
Xəbər sayı: 3484229
Müsəlmanlar əziz və sevimli İslam peyğəmbərinin (s) mübarək mövludu münasibəti ilə bayram mərasimləri keçirdiyi halda bir dəstə vəhabi və təkfirçi fikirli şeyx və müftilər bu işi bidət adlandırırlar.

Peyğəmbərə (s) mövlud bayramı keçirməyi bidət saymaq özü azğınlıqdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu günlərdə dünya müsəlmanları əziz və sevimli İslam peyğəmbərinin (s) mübarək mövludu münasibəti ilə bayram mərasimləri keçirdiyi halda bir dəstə vəhabi və təkfirçi fikirli şeyx və müftilər bu işi bidət adlandırırlar.

Səudiyyə Ərəbistanın vəhabi şeyxlərinin mövlud bayramını bidət bilməsi və haram elan etməsi yeni bir məsələ deyildir. Lakin təəccüblü budur ki, Əlcəzayirin Müsəlman Alimlər Birliyinin "Fətva Heyəti"nin rəisi Şeyx ibn Hənifətul-Abidin bəyaniyyə yayaraq İslam Peyğəmbərinə (s) mövlud bayramı keçirməyi "bidət" elan edib. O, bu bəyaniyyəsidə bildirib ki, "sələf" alimlər bu bayramı qeyd etməyiblər və fətvasında İbn Teymiyyəyə istinad edib. Halbuki indiyədək Əlcəzayirin alimləri orta mövqe tutan və vəhabilərin fikirlərinə zidd mövqedə olmaqları ilə tanınırdılar.

عالم اهل‌سنت لبنانی در گفت‌وگو با ایکنا:

Livanın Seyda şəhərinin Əhli-Sünnə məzhəbinin tanınmış alimi və "ən-Nehzət" təqribçi cərəyanının rəisi Şeyx Ğazi Yusif Həninə İQNA ilə müsahibəsində Həzrət Peyğəmbərin (s) mübarək mövludunu bayram keçirməyin bidət hesab edilməsini təhrif (inhiraf və azğınlıq) adlandıraraq dedi: "Belə təfəkkürə sahib şəxslər və Peyğəmbərin (s) mövlud bayramını bidət bilənlər əslində Hənbəli məzhəbinin azğın alimlərindən olan İbn Teymiyyə (661-728 hq.) və onun şagirdi İbn Qəyyim Cövziyyənin (691-751 hq) azğın fikirlərinin təsiri altında olanlardırlar".

O vurğuladı: Amma bilməliyik ki, bu cür təfəkkürlü şəxslərin sayı çox deyil və müsəlmanların çox böyük əksəriyyəti bu bayramı keçirir və çox kiçik bir dəstənin əqidəsi bütün müsəlmanların əqidəsi hesab edilmir.

عالم اهل‌سنت لبنانی در گفت‌وگو با ایکنا:

Şeyx Ğazi Yusif Həninə dünyanın müxtəlif ölkələrində, o cümlədən Misr, Suriya, İraq, Tunis, İordaniya, Liviya, Əlcəzayir, Türkiyə, İran İslam Respublikası, Mərakeş, Hindistan, Pakistan və bəzi avorpa ölkələrində Peyğəmbərin (s) mübarək mövludunun bayram kimi keçirilməsinə işarə edərək vurğuladı: Bu bayram mərasimləri müsəlmanların öz peyğəmbərinə sevgi və məhəbbətlərinin göstəricisidir. Dünyanın bütün müsəlmanları Peyğəmbərin (s) mövludunu bayram keçirərkən buna etiraz edənlər müsəlmanlara qarşı kinəsi və düşmənçiliyi olanlardır. Onlar Məhəmməd Əbdülvəhhabın fikirlərinin davamçılarıdırlar və onların bu məsələyə qarşı olmalarının müsəlmanların bayram keçirməsində heç bir təsiri yoxdur və müsəlmanlar bu yolu davam etdirəcəklər.  

http://iqna.ir/fa/news/3765837

    


 

 

Teqlər: iqna ، mövlud ، vəhdət ، bidət
Ad:
E-poçt:
* Comment: