IQNA

10:53 - November 28, 2018
Xəbər sayı: 3484250
Əlcəzayirin İslami mədəniyyət və milli arxeoloji muzeyi bəşəriyyət tarixini, müxtəlif millətlərin və mədəniyyətlərin və İslam sivlizasiyasının əzəmət və çiçəklənməsini bədənnüma güzgütək təsvir edir.

Əlcəzayir muzeyi, bəşəriyyət tarixinin bədənnüma güzgüsüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əlcəzayirin İslami incəsənət, mədəniyyət və milli arxeoloji muzeyi bəşəriyyət tarixini, müxtəlif millətlərin və mədəniyyətlərin və İslam sivlizasiyasının əzəmət və çiçəklənməsini bədənnüma güzgütək təsvir edir.

Əlcəzayir Afrikanın Sudandan sonra ikinci və dünyanın onuncu böyük ölkəsidir. Bu ölkə Tunis, Liviya, Nigeriya, Mali, Mavritaniya, Mərakeş və Qərb Səhrası ilə qonşudur.

Əlcəzayir coğrafi və strateji mövqeyinə görə tarix boyunca müxtəlif mədəniyyətlərin mərkəzi olub. Bu ölkənin milli və İslami muzeyi də tarixin bütün mərhələlərinin şəxsiyyət vəsiqəsi hesab edilir.

موزه‌ هنرهای اسلامی الجزایر؛ آینه‌ای برای تاریخ

"Bəvvabətul-Eyn" saytının bu barədə yazdığı məqalədə deyilir ki, Əlcəzayirin milli arxeoloji və İslami mədəniyyət muzeyi 1838-ci ildə tikilmiş və 1897-ci ildə istifadəyə verilmişdir. Əlcəzayir 1962-cı ildə müstəqilliyini əldə etdikdən sonra bu muzey Qərbi Ərəb Ölkələri Memarlığı əsasında təmir edilmişdir.

Bu muzey Əlcəzayirin, İslamın, qədim Misr və Yunan tarixinin və dünyanın bir çox mədəni, ictimai və tarixi əsərlərinin qorunub saxlanılmasında mühüm rol ifa etmişdir.

موزه‌ هنرهای اسلامی الجزایر؛ آینه‌ای برای تاریخ

Muzeyin ekspanantları üç əsas hissəyə bölünmüşdür: Qədim incəsənət əsərləri, qədim pul vahidləri və İslami əsərlər.

Qədim incəsənət əsərləri bölməsində beş salon vardır. Bu salonlardan birinin adı "bütpərəstlik"dir. Həmin salonda qədim əfsanə və etiqadlara aid əsərlər yerləşdirilmişdir. Digər salonun adı isə "İkuzyum"dur. Bu söz Əlcəzayirin paytaxtı Əlcəzirənin qədim adıdır. Digər salonların adı isə "Mücəssəmə"lər, "Xristianlıq incəsənəti" və "Brunez"dir. Hər beş salonda qədim, tarixi və nadir tarixi əsərlər vardır.

موزه‌ هنرهای اسلامی الجزایر؛ آینه‌ای برای تاریخ

Muzeyin "İslami incəsənət və əsərlər" bölməsi 2004-cü ildə beynəlxalq muzey günü münasibəti ilə açılmışdır və İslam tarixinə aid əsərləri və İslam dövrünün arxeoloji əsərlərini ehtiva edir.

Bu bölmədə Misr, Yəmən, Əlcəzayir, Mərakeş, Tunis və Osmanlı imperiyası və İspaniya İslam mədəniyyətinə aid, 9-cu miladi əsrindən 19-cu miladı əsrindək tapılan qədim və tarixi əsərlər mövcuddur.

Muzeydə əl sənayesi ustadları olan Məhəmməd Əminul-Ümənanın, Məhəmməd Tamam və xanım "Lus in Abin" adına da salonlar vardır ki, onların incəsənət əsərlərini ehtiva edir.

Muzeyin "qədim sikkə"lər (pul vahidləri) bölməsində İslamdan öncəki mədəniyyətlərin və hakimiyyətlərin pulları və həmçinin İslam dövründəki dövlətlərin pullarının nümunələri mövcuddur. Bu sikkələr qədim tarixin mədəniyyət, incəsənət və siyasətlərini açıqlayan məlumatları ehtiva edir. Sikkələrin tarixi Miladdan 400 il öncədən başlayır və Osmanlı imperiyasınadək (1834 miladi/Əhməd Bay) davam edir. Bu bölmədə həmçinin qədimdə istifadə edilən "əyar" alətləri də sərgilənib.

موزه‌ هنرهای اسلامی الجزایر؛ آینه‌ای برای تاریخ

موزه‌ هنرهای اسلامی الجزایر؛ آینه‌ای برای تاریخ                

موزه‌ هنرهای اسلامی الجزایر؛ آینه‌ای برای تاریخ

موزه‌ هنرهای اسلامی الجزایر؛ آینه‌ای برای تاریخ

موزه‌ هنرهای اسلامی الجزایر؛ آینه‌ای برای تاریخ

موزه‌ هنرهای اسلامی الجزایر؛ آینه‌ای برای تاریخ

موزه‌ هنرهای اسلامی الجزایر؛ آینه‌ای برای تاریخ

موزه‌ هنرهای اسلامی الجزایر؛ آینه‌ای برای تاریخ

موزه‌ هنرهای اسلامی الجزایر؛ آینه‌ای برای تاریخ

http://iqna.ir/fa/news/3765432  

 

 

 

Ad:
E-poçt:
* Comment: