IQNA

İslami təşkilatlar Kanadanın ən yaxşı xeyriyyəçiləri sırasında yer alıblar

0:10 - December 01, 2018
Xəbər sayı: 3484263
Kanadanın ən yaxşı xeyriyyəçi təşkilatları arasından seçilən 100 xeyriyyəçi təşkilat arasında iki yeri müsəlmanların İslami Xeyriyyə Təşkilatı tutub.

İslami təşkilatlar Kanadanın ən yaxşı xeyriyyəçiləri sırasında yer alıblarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın ən yaxşı xeyriyyəçi təşkilatları arasından seçilən 100 xeyriyyəçi təşkilat arasında iki yeri müsəlmanların İslami Xeyriyyə Təşkilatı tutub.

Kanada müsəlmanlarının "Kömək və İnkişaf Beynəlxalq Fondu" (İDRF) xeyriyyə təşkilatı və "Kanadanın İslami Kömək Xeyriyyə Təşkilatı" (Canada İslamic Relief) bu ölkənin minlərlə xeyriyyə təşkilatları arasından seçilən 100 ən yaxşı təşkilatın arasında yer tutublar.

Kanadanın xeyriyyə təşkilatlarının yaxşı təşkilat kimi dəyərləndirilməsində maliyyə şəffaflığı, uğur dərəcəsi, ictimai təsirlər, işçilərin az əməkhaqqı alması, köməklərin yığılması və paylanılması üçün xərclərin az olması kimi amillər təşkilatın fəaliyyətində müsbət imtiyaz olaraq nəzərə tutulub.

Kanada 86 min xeyriyyə müəssisəsi fəaliyyət göstərir. Bunların arasında 100 mötəbər və yaxşı təşkilatın seçilərək adının cəmiyyətə açıqlanması camaata öz köməklərini düzgün istiqamətdə xərcləməkdə kömək edir.  

http://iqna.ir/fa/news/3767929  

captcha