IQNA

2020-ci ildə ATƏT-ə Albaniya sədrlik edəcək

20:23 - December 08, 2018
Xəbər sayı: 3484308
Albaniya 2020-ci ildə bir il müddətinə ATƏT-ə sədrlik edəcək. Bu barədə məlumat beynəlxalq təşkilatın Nazirlər Şurasının İtaliyanın Milan şəhərində illik iclasında verilib.

2020-ci ildə ATƏT-ə Albaniya sədrlik edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Albaniya 2020-ci ildə bir il müddətinə ATƏT-ə sədrlik edəcək. Bu barədə məlumat beynəlxalq təşkilatın Nazirlər Şurasının İtaliyanın Milan şəhərində illik iclasında verilib.

Norveç 2020-ci ildə təşkilata sədrlik üçün namizədliyini geri götürdükdən sonra, Albaniyanın namizədliyinin bütün iştirakçı dövlətlər tərəfindən dəstəklənəcəyi sual doğururdu. Milanda keçirilən ikigünlük iclasda bu barədə konsensus əldə olunub.

Bu il təşkilata sədrliyi başa çatan İtaliya estafeti Slovakiyaya ötürəcək. İtaliyanın xarici işlər naziri Moavero Milanezi bir il müddətində 57 dövləti öz sıralarında birləşdirən təşkilata sədrlik etdiyinə görə minnətdarlığını bildirib. /maide.az/
Teqlər: iqna ، atət ، albaniya
captcha