IQNA

Quran mədrəsələrində proqramların genişləndirilməsi üçün konfrans keçiriləcək

7:31 - December 11, 2018
Xəbər sayı: 3484323
Sudanın Quran dərsləri tədris edilən mədrəsələrində proqramların genişləndirilməsini və sistemləşdirilməsini müzakirə etmək üçün konfrans təşkil ediləcək.

Quran mədrəsələrində proqramların genişləndirilməsi üçün konfrans keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sudanın Quran dərsləri tədris edilən mədrəsələrində proqramların genişləndirilməsini müzakirə etmək üçün konfrans təşkil ediləcək.

Bu barədə Sudanın rəsmi dövlət qrumu olan "Sudan Sosial Təminat Nazirliyi" məlumat yayıb.

Sudanın sosial təminat naziri Vidad Yəqib dünən, həftənin birinci günü, 10 Dekabr 2018-ci il, "Zəkat Divanı" idarəsi tərəfindən Qurani-Kərim tədris mədrəsələri üçün təşkil edilmiş festivalda deyib: Zəkatı Divanı idarəsinin müxtəlif regionlarda apardığı araşdırmalar göstərir ki, ölkədə 2381 Quran mədrəsəsi fəaliyyət göstərir. Bu mədrəsələrdə 300 min şagird dərs oxuyur.

O əlavə edib:  Mədrəsələrdə şagirdlərin sayı çox olduğu üçün gərək sistemli bir dərs proqramı yaradılsın. Buna görə də mədrəsə müəllimlərinin iştirakı ilə konfrans keçirməyi qərarlaşdırmışıq. Bu konfransda Quran mədrəsələrinin dərs proqramlarının genişləndirilməsi müzakirə ediləcəkdir.  

http://iqna.ir/fa/news/3771332

Teqlər: quran ، sudan ، iqna
captcha