IQNA

İslamofobiyaya qarşı reaksiya təlimi dərnəyi keçirildi

8:42 - December 18, 2018
Xəbər sayı: 3484369
İngiltərənin paytaxtı Londonda gələnin Yanvar ayının 5-də Britaniya Müsəlmanlar Şurası (MCB) tərfindən media və "kiv"lərin islamofobiya təbliğatları qarşısında reaksiya təlimi seminarı  keçiriləcək.

İslamofobiyaya qarşı reaksiya təlimi dərnəyi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "MCB"-yə istinadla verdiyi xəbərə görə, İngiltərənin paytaxtı Londonda media və "kiv"lərin islamofobiya təbliğatları qarşısında reaksiya təlimi seminarı  keçiriləcək.

Müsəlmanlara islamofoblaqa qarşı necə davranmaq məharətini öyrədən bu seminarın keçirilməsi təklifi Britaniya Müsəlmanlar Şurası (MCB) tərfindən irəli sürülüb.

Gələn ilin Yanvar ayının 5-də keçiriləcək bir günlük seminarda müsəlmanlara mediada islamofobiya ilə mübarizə, cəmiyyətdə effektiv və təsirli ümumi əlaqə yaratmaq metodları və məharətləri, İslami cəmiyyətlərin yaşam tərzini "kiv"lərdən necə yaymaq metodları, media və mətbuatı nəzarətdə saxlamaq və lazım gələrsə şikayətnamə tərtib etmək qaydaları və tele-radio müsahibələrinə hazırlıq kimi mövzular təlim ediləcəkdir.

Britaniya Müsəlmanlar Şurası (MCB) İngiltərədə aktiv İslami mərkəzlərdən biridir. İngiltərənin 500-dən çox dini təşkilatı, məscid, xeyriyyə cəmiyyətləri və İslami mədrəsələr bu mərkəzin himayəsi altında fəaliyyət göstərir.   

http://iqna.ir/fa/news/3773347

captcha