IQNA

Milad tarixi Həzrət İsa Məsihin (ə) təvəllüdü ilə başlayır. Həzrət İsa (ə) Dekabr ayının 25-də anadan olmuşdur. Milad təqvimindən istifadə edən ölkələrdə yeni il Yanvar ayının birindən başlayır. İran İslam Respublikasında yaşayan xristianlar da yeni ili digər ölkələrdə yaşayan xristianlar kimi özlərinin xüsusi adət və ənənələri əsasında bayram ab-havası ilə qeyd edirlər.