IQNA

Qurani-Kərimin təfsiri Bərbər dilinə tərcümə edilir

10:31 - January 06, 2019
Xəbər sayı: 3484480
Qurani-Kərimin təfsiri Əlcəzayirdə Bərbər (Amaziğ) dilinə tərcümə edilir. Bu təfsir 6 min nüsxədə çap və nəşr ediləcəkdir. Bu təfsirinin tərcümə, çap və nəşrinin Əlcəzayirin "Nüma" təşkilatı üzərində götürmüşdür.

Qurani-Kərimin təfsiri Bərbər dilinə tərcümə edilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimin təfsiri Əlcəzayirdə Bərbər (Amaziğ) dilinə tərcümə edilir. Bu təfsir 6 min nüsxədə çap və nəşr ediləcəkdir.

Bu təfsirinin tərcümə, çap və nəşrinin Əlcəzayirin "Nüma" təşkilatı üzərində götürmüşdür.

Təfsirin tərcüməsi layihəsi iki il öncədən başlanılmış və çap lisenziyası alınmışdı, dünən isə (şənbə, 5 Dekabr 2019) rəsmi şəkildə işin icrasına start verildi.

Qurani-Kərimin Bərbər dilinə tərcüməsinin paylanılması işi Yanvar ayının 12-də Əlcəzayirin Dini İşlər və Vəqflər nazirinin iştirakı ilə başlayacaqdır. Bu 6 min nüsxə təfsir Afrikanın şimalı və Avropada paylanılacaqdır.  

Qeyd edək ki, Əlcəzayirin şərqi və cənub şərqində yaşayan qəbilələr Amaziği (Tamaziğat, Bərbər) dilində danışırlar. Bundan əlavə Afrikanın Məğrib, Liviya, Tunis, Mali və Çad kimi ölkələrində də bu dildə danışanlar mövcuddur. Onlar tarixi Günəş ilə hesablayırlar və milad ilə 950 il fərqilidir. Hazırda Amaziğ təqvimində 2968-ci ildir.    

http://iqna.ir/fa/news/3778690

 

Teqlər: iqna ، amaziğ ، bərbər dili ، təfsir
captcha