IQNA

10:50 - January 06, 2019
Xəbər sayı: 3484481
Təbrizli şiə memar və məşhur sənətkar Əsir Əli Təbrizi Çaldıran döyüşündə Təbrizin işğalında Osmanlı əsgərlərinə əsir düşür. Digər sənətkar və incəsənətçi əsirlər kimi o da zorla İstambula aparılır.

Şiə memarının izi Təbrizdən Sarayevoyada qədər – VİDEOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Sənədlifilm Mərkəzi olan "Fotrosmedia"nın telegram kanalına istinadla verdiyi xəbərə görə, Təbrizli şiə memar Əsir Əli Təbrizi Çaldıran döyüşündə Osmanlı əsgərlərinə əsir düşür. Digər sənətkar əsirlər kimi o da zorla İstambula aparılır.

Onun İstambuldan Balkan ölkələrinədək memarlıq sənətində qoyduğu izlər bu günədək yadigar qalmışdır.

Osmanlılar Çaldıran döyüşündə Təbrizi işğal etdilər. Şəhəri ələ aldıqdan sonra incəsənətçiləri və sənətkarları əsir götürərək özləri ilə apardılar. Onların arasında sonradan şiə mədəniyyətini bütün Osmanlıda yayacaq Əsir Əli Təbrizi də var idi. O, sonralar Əcəm Əlisi və Xasa Memar Başı kimi adlarla da tanınırdı.

Onun memarlıq sənətinin yadigarları bu gün də İstambul, Balkanlar, Bolqarıstanın Seyfuddin məscidi, Sarayevonun Xosrovbeg məscidi, İslami İncəsənət Muzeyinin sarayı və İstambulun Topqapı sarayında qalmışdır.

O, çox incə bir ustalıqla şiə etiqadlarını və Əhli-Beyt (ə) adlarını öz memarlıq işlərində xüsusi bir imza ilə yerləşdirmişdir.

Türk dünyasının və şiə-İslam memarlığının məşhur sənətkarı Əsir Əli Təbrizi 1594-cü ildə İstambulda fəvat etmişdir.

Fotrosmedianın bu barədə hazırladığı videonu oxucularımıza təqdim edirik:

   

http://iqna.ir/fa/news/3778750  

Ad:
E-poçt:
* Comment: