IQNA

6:46 - January 07, 2019
Xəbər sayı: 3484482
Orta Şəqrin və Ərəb ölkələrinin ən böyük Came məscidi "əl-Fəttahul-Əlim" və ən böyük kilsəsi "Milad Məsih" adlanır. Bu iki ibadət ocağı Misrin paytaxtı Qahirənin yeni inzibati ərazisində yerləşir.

Orta Şəqrin ən böyük kilsəsi və məscidi istifadəyə verildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  dünən, həftənin bazar günü, 6 Yanvar 2019-cu il, Orta Şəqrin ən böyük kilsəsi və Came məscidinin açılış mərasimi keçirilib.

Orta Şəqrin ən böyük Came məscidi "əl-Fəttahul-Əlim" və ən böyük kilsəsi "Milad Məsih" adlanır. Bu iki ibadət ocağı Misrin paytaxtı Qahirənin yeni inzibati ərazisində yerləşir.

İki dinin (İslam və xristianlıq) ən böyük ibadət ocaqlarının açılış mərasimində Misrin prezidenti Əbdülfəttah Sisi, Ortodoks Qibtilər kilsəsinin rəhbəri Papa 2-ci Tavazrus, əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib və Fələstin Muxtar Təşkilatının rəisi Mahmud Abbas iştirak ediblər.

Bu iki ibadət ocağı bir-birnin kənarında müxtəlif dinlər və məzhəblərinin dostluq əlaqələrinin  möhkəmləndirilməsi və tolerantlığın gücləndirilməsi hədəfi ilə tikilmişdir.  

"əl-Fəttahul-Əlim" məscidi İslami memarlıq üslubu ilə tikilib. Ərəb ölkələrinin ən böyük məscidi hesab edilir. Məscidin 59 fəddan sahəsi var – (hər "fəddan" 4200 kv.metrdir). Məscidin 90 metr hündürlüyündə 4 minarəsi, bir əsas böyük günbəzi və 4 kiçik günbəzi var. Məsciddə eyni vaxtda 16 minədək kişi və 3 minədək qadın namaz qıla bilər. Bundan əlavə məscidin iki Quran hifzi mərkəzi, bir 300 nəfərlik xeyriyyə xəstəxanası var.

"Milad Məsih" kilsəsi də Orta Şəqr və Ərəb ölkələrinin ən böyük kilsəsidir. Kilsə 63 min kv.metr özül üzərində tikilmişdir. Kilsənin qülləsi 60 metrdir. "Məsihin Miladı" kilsəsində Papanın ofisi, mərasim zalı, toplantı zalı və idarə otaqları vardır. Kilsənin tutumu 8200 nəfərdir.           

http://iqna.ir/fa/news/3779018

بزرگترین مسجد و کلیسای جامع خاورمیانه افتتاح شد/ آماده شده فعلا منتشر نشود

بزرگترین مسجد و کلیسای جامع خاورمیانه افتتاح شد/ آماده شده فعلا منتشر نشود

بزرگترین مسجد و کلیسای جامع خاورمیانه افتتاح شد+ عکس/ آماده شده فعلا منتشر نشود

Ad:
E-poçt:
* Comment: