IQNA

14:40 - January 07, 2019
Xəbər sayı: 3484484
Mavritaniyanın Qulata (Walata) şəhərinin milli kitabxanasında hicri-qəməri tarixi ilə 5-ci əsrə aid olan Qurani-Kərimin qədim təfsir nüsxəsi saxlanılır.

Mavritaniyada Qurani-Kərimin qədim təfsir nüsxəsi saxlanılırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mavritaniyanın Qulata (Walata) şəhərinin milli kitabxanasında hicri-qəməri tarixi ilə 5-ci əsrə aid olan Qurani-Kərimin qədim təfsir nüsxəsi saxlanılır.

Mavritaniyanın paytaxtı Nəvakşutun 1300 km. cənub şərqində yerləşən bu şəhərin kitabxanasında bundan əlavə öklənin qədim tarixi və mədəniyyətini əks etdirən 2500 ədəd qədim əlyazma nüsxələr var.

Qulata şəhərində yerləşən bu kitabxananın binası qırmızı rəngdədir. Bu xüsusi rəng ilə şəhərdəki digər binalardan seçilir. Kitabxananın bir bölməsi İslami əsərləri ehtiva edir.

Bu kitabxana 1990-cı illərdə müxtəlif əlyazma nüsxələri olan Mavritaniyalı kolleksiyanerlərin və İspaniyada fəaliyyət göstərən Ərəb Mədəniyyət Mərkəzinin həmkarlığı ilə təsis edilmişdir.

Qədim əlyazma nüsxələr ilə zəngin olan bu kitabxana araşdırmaçıların ən çox müraciət etdikləri kitabxanalardan biridir.

http://iqna.ir/fa/news/3778822

 

Ad:
E-poçt:
* Comment: