IQNA

Oğurlanmış qədim Quran nüsxəsi geri qaytarıldı

15:08 - January 07, 2019
Xəbər sayı: 3484485
Misrin Milli Kitabxana və Sənədlər bu ölkəyə aid olan qədim Quran nüsxələrinin Londonda satışının qarşısı alınaraq geri qaytarıldığı barədə məlumat yayıb.

Oğurlanmış qədim Quran nüsxəsi geri qaytarıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Misrin Milli Kitabxana və Sənədlər bu ölkəyə aid olan qədim Quran nüsxələrinin Londonda satışının qarşısı alınaraq geri qaytarıldığı barədə məlumat yayıb.

Bu Quran nüsxələrinin Londonun "Sotheby" hərracında satışının qarşısı alındıqdan sonra ölkəyə qaytarılıb və hazırda nüsxələrin həqiqi malikləri axtarılır.

Oğurlanan Quran nüsxələrindən biri Misrin Osmanlı imperiyasından öncəki sonuncu padşahı Qansuq əl-Ğuriyə aiddir. Bu nüsxə 1884-cü ildə Misrin milli kitabxanasında siyahıya alınmışdır və 500 ildən çox tarixi vardır.

"Qansuh əl-Ğuri" nüsxəsi Qurani-Kərimin 4-cü cüzünü (Ali-İmran surəsinin 92-ci ayəsindən Nisa surəsinin 23-cü ayəsinədək) ehtiva edir. Nəsx xətti ilə yazılmış nüsxənin hər səhifəsi 7 sətrdir. Ayələrin fasiləsi qızılı rəng ilə işarələnib.

Qurani-Kərimin bu qədim nüsxəsi həm də "Məmluklar dövrü"nə aid olduğu üçün taxiri əhəmiyyət daşıyır. Həmin əsr Qurani-Kərimin kitabətinin çiçəkləndiyi dövr olub. Bu dövrün kitabları xətti, üz qabığı və təhzibi (qızılı bəzəyi) ilə digər nüsxələrdən fərqlənir.

Qeyd edək ki, Misrin qədim Quran nüsxələrinin London hərracında satışının qarşısı keçən ilin (2018) Oktyabr ayının 24-də alınmışdı. Misrin Mədəniyyət Naziri bu işə qarışaraq nüsxələrin hərrac edilməsinin qarşısını almışdı.   

http://iqna.ir/fa/news/3779131

Hərracdan geri alınmış Quran nüsxəsinin fotosu
استرداد یک نسخه خطی نفیس قرآنی به مصر
 
استرداد یک نسخه خطی نفیس قرآنی به مصر
 
استرداد یک نسخه خطی نفیس قرآنی به مصر
 
استرداد یک نسخه خطی نفیس قرآنی به مصر
 
Teqlər: quran ، nüsxə ، məmluk dövrü
captcha