IQNA

23:03 - January 07, 2019
Xəbər sayı: 3484486
Məscidlərə cavanların tərbiyəsi ilə məşğul ola biləcək, bacarıqlı, tərcübəli, cavanları cəzb edə bilən, camaatla anlayışlı davranmağı bacaran və digər dinlərin alimləri ilə əlaqə qura bilən ruhani lazımdır.

Amerika məscidlərinin imam camaat problemi varİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın müsəlman cəmiyyətlərinin məscidlərinə camaat imamı tapmaq çox çətin bir problemə çevirilmişdir. Çünki məscidlərin mütəvəlliləri təkcə pişnamaz deyil, həm də cavanların tərbiyəsi ilə məşğul ola biləcək bir ruhani axtarırlar.

Amerikanın "Nur İslam Mədəniyyət Mərkəzi"nin idarə heyətinin rəisi və "məscidlərə camaat imamı cəlb edilməsi komitəsi"nin məsulu Ronney Abaza bu barədə deyir: Bizim cəmiyyətimiz üçün lazım olan qədər və həmçinin bu işə layiqli camaat imamı yoxdur. Bizə bu iş üçün ən yaxşı və bacarıqlı şəxs lazımdır. Bəzən belə şəxsləri Amerika cəmiyyətindən xaricdə axtarmalı oluruq.

Amerikanın Kentaki əyalətinin İslami Araşdırmalar Universitetinin professoru İlhan Bagbay deyir: Amerikanın İslami cəmiyyətlərində bacarıqlı və təcrübəli bir camaat imamı tapmaq problemdir. Əlbəttə camaat imamı az deyil, tapılmayan camaat imamı nəzərdə tutulan xüsusi imtiyazlara malik camaat imamıdır. Cəmiyyətə bacarıqlı, tərcübəli, cavanları cəzb edə bilən, camaatla anlayışlı davranmağı bacaran və digər dinlərin alimləri ilə əlaqə qura bilən ruhani lazımdır.

Ronney Abaza deyir: Camaat imamının uzun müddət Amerikada yaşaması, bu cəmiyyətin mədəniyyəti və ürfünə uyğunlaşması, özünü amerikalı bilməsi və yaşadığı cəmiyyətin mənəvi inkişafı üçün çalışan biri olması şərtdir.  

İlhan Bagbayın hazırladığı "Amerika məscidləri-2011" hesabatında göstərilir ki, Amerikanın məscidlərinin tam yarısının tamamvaxt işçisi yoxdur. Şimali Amerikanın İslami Birliyinin (İSNA) məlumatına görə, məscidlərin təkcə 44 faizinin camaat imamları hüquq alır. Buna görə də məscidlərin 36 faizinin daimi camaat imamı vardır. Bu ölkədə camaat imamlığı edən ruhanilərin hər 5 nəfərindən 4 nəfəri Amerikada anadan olmayıblar.  

http://iqna.ir/fa/news/3779316

Teqlər: amerika ، camaat imamı ، iqna
Ad:
E-poçt:
* Comment: