IQNA

9:20 - January 08, 2019
Xəbər sayı: 3484490
Orta Şəqrin ən böyük məscid və kilsəsinin açılış mərasimində iştirak edən Əhməd Təyyib əl-Əzhərin şeyxi) vurğulayıb: İslam dininin təlimləri müsəlmanlara kilsə və məbədləri dəstəkləməyi əmr etmişdir.

Şeyxul-Əzhər: Kilsələri qorumaq müsəlmanların vəzifəsidirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Orta Şəqrin ən böyük məscid və kilsəsinin açılış mərasimində iştirak edən Əhməd Təyyib (Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi) vurğulayıb: İslam dininin təlimləri müsəlmanlara kilsə və məbədləri dəstəkləməyi əmr etmişdir.

O, Misrin yeni inzibatı paytaxtında təsis edilmiş məscid və kilsənin eyni zamanda istifadəyə verilməsini ölkənin təhlükəsizliyini və sabitliyini pozmaq və irqi və məzhəbi qarşıdurma yaratmaq niyyətində olanlarla mübarizə adlandırıb.

Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi əlavə edib: Bu çox müstəsna və fövqəladə bir hadisədir. İslam və xristianlıq tarixində indiyədək belə bir hadisə baş verməyib. Mən indiyədək bir-birinin kənarında eyni zamanda tikilən və eyni zamanda da istifadəyə verilən kilsə və məscid görməmişəm.  

Əhməd Təyyib (Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi) İslam dininin kilsə barəsində bəzi fətvalarına və Həcc surəsinin 40-cı ayəsinə işarə edərək deyib: İslam təlimlərinə görə, dövlətin vəzifəsidir ki, xristianların kilsəsini və yəhudilərin mənbədini himayə etsin. Müsəlmanlar məscidləri qorumağa mükəlləf olduqları kimi kilsələri də qorumağa mükəlləfdirlər.

Qeyd edək ki, Orta Şəqrin ən böyük kilsəsi və məscidi Yanvar ayının 6-da Misrin paytaxtı Qahirənin yeni inzibati rayonunda istifadəyə verildi.   

http://iqna.ir/fa/news/3779113

Ad:
E-poçt:
* Comment: