IQNA

Avropanın tarixi məscidləri; Memarlığın şah əsərləri

22:40 - January 08, 2019
Xəbər sayı: 3484494
Avropanın Paris, London, Berlin, Rum, Tirana, Vyana və digər ölkələrinin paytaxt şəhərlərində çox dəyərli tarixi məscidlər vardır ki, bu məscidlər memarlığın əbədi şah əsərləri hesab edilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami fəthlər tarixi boyunca məscidlər həmişə insanların sığınacaq yeri olmuşdur. Müsəlmanlar məscidlərdə ibadət və dini ayinlərdən əlavə həm də siyasi, ictimai, mədəni və iqtisadi problemlərinin həllində də məscidləri özlərinə səngər ediblər.

Müsəlmanların Avropaya mühacirət etməsi səbəb oldu ki, Avropa ölkələrində də çoxlu məscidlər tikilsin. Avropa məscidləri müsəlman azlıqların vəhdəti və birliyini göstərən dini məkan, dini ayinlərin icrası və mühüm məsələlərin həll edilməsi üçün bir sığanacaqdır.

Avropanın Paris, London, Berlin, Rum, Tirana, Vyana və digər ölkələrinin paytaxt şəhərlərində çox dəyərli tarixi məscidlər vardır ki, bu məscidlər memarlığın əbədi şah əsərləri hesab edilir.

Tunisin "MİM" elektron məcəlləsi (meemmagazine.net) Avropanın ən qədim məscidləri adlığı altında bir yazı paylaşmışdır ki, həmin yazını oxucularımıza təqdim edirik.

1. Parisin böyük məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

Bu məscid Fransanın ilk və ən əhəmiyyətli məscididir. Müsəlmanların əsas fəaliyyət mərkəzlərindən biridir. Bu məscid birinci dünya müharibəsindən sonra, 1926-cı ilin İyul ayının 15-də istifadəyə verilmişdir.

Məscidi Fransaya ilk mühacirət edən Mərakeş və Əlcəzayir müsəlmanları Mərakeşin şahı Sultan Yusif ibn Həsənin dəstəyi ilə tikiblər. Bu işə Tunisin valisi və Əlcəzayir rəsmiləri də kömək ediblər. Məscid Fransızlarla Almanlara qarşı döyüşərək şəhid olan 100 min müsəlmana xatirə abidəsi olaraq tikilmişdir. Məscid Mərakeş memarlığı üslubu ilə tikilmişdir.

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

 

2. Rumun böyük məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

Bu məscid 30 min kv.metrlik sahədə tikilmişdir. İtaliyanın paytaxtı Rum şəhərinin şimalında yerləşir. Məscidin eyni vaxta 12 min namazqılan tutumu vardır.

İtaliya müsəlmanlarının İslami Mədəniyyət Mərkəzi də bu məsciddə yerləşir. Məsciddə dini ayinlər, nikah mərasimləri, mədəniyyət xidmətləri, sərgi, toplantı və dini dərslər də icra edilir. Bu məscidi Əfqanıstanın sürgün edilmiş əmiri Məhəmməd Həsən və onun xanımı Raziyə tikdirib. Məscidin memarlıq və dizayn layihəsi 10 ilə başa çatıb. Məscid 1984-cü ildə tikilməyə başlayıb və 1995-ci ildə sona çatıb.

معرفی قدیمی‌ترین مساجد اروپا

 

3.Ədhəm Bəy Albani məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

Bu məscid Albaniyanın paytaxtı Tirana şəhərində 1789-cu ildə tikilmidir. Məscidin tikintisini Tirana şəhərinin valisi Molla Beg başlamış və oğlu Həqqi (Süleyman Paşanın nəvəsi olub) 1823-cü ildə başa çatdırmışdır.  

معرفی قدیمی‌ترین مساجد اروپا

 

4.Brükselin came məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

"Cinquantenaire Park"da yerləşən bu məscid Brükselin ən qədim məscididir. Məscid şəhərin milli sərgilər məkanının şərqində Ərəb memarlığı üslubu ilə 1880-cı ildə tikilib. Ərəbistanın maddi dəstəyi ilə tikilmiş məscidin mədrəsə və İslami Araşdırma Mərkəzi vardır.

معرفی قدیمی‌ترین مساجد اروپا

 

5.Berlin məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

Berlinin tarixi məscidi Hindistanın məşhur tarixi abidəsi Tac Mahal memarlığı üslubu ilə tikilib. 1928-ci ildə istifadəyə verilən məscidin günbəzi 26 metr və minarələri 37 metrdir. İkinci dünya müharibəsində ciddi zədə almış məscid 1999-2001-ci və həmçinin 2016-cı illər arasında yenidən təmir edilmişdir.

 

6.Vyananın İslam Mərkəzi və Məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

Vyananın ən böyük məscidinin tikintisi 1977-ci ilin İyul ayında başlayıb və Noyabr ayında başa çatıb. Bu məscid həm də Avstriyada ən böyük məsciddir. Vyananın İslam Mərkəzi və məscidi 89 min kv.fut ərazidə tikilmişdir. Məscidin günbəzinin hündürlüyü 16 və minarələrin hündürlüyü 32 metrdir.

معرفی قدیمی‌ترین مساجد اروپا

 

7.Qortubənin Came Kilsə Məscidi

مساجد تاریخی اروپا؛ شاهکارهای معماری زوال‌ناپذیر

İspaniyanın qədim şəhərlərindən olan Qortubənin Came Kilsə Məscidi   Əndəlüsün ən qədim mədəniyyət tarixidir. Əndəlüsün qədim məscidlərinin bəziləri dağıdılmış və bəziləri də kilsəyə çevirilmişdir.

معرفی قدیمی‌ترین مساجد اروپا

 Qortubənin Came Kilsə Məscidinin həm kilsəsi və həm də məscidi vardır. Bu bina 150 ilə tikilmişdir. Məscidi 92-ci hicri-qəməri ilə Əməvilər tikdirib. Binanın ilk tikilişi bütpərəst mədəbi olub. Sonra kilsə və daha sonra isə məscidə və yenidən kilsəyə çevirilib. Bu məscid İspaniyada İslami memarlığın tarixi nümunəsidir. Məscid UNESCO-nun dünya irsi siyahısına və 2017-ci ildə İspaniyanın 12 xəzinəsi siyahısına salınıb.

http://iqna.ir/fa/news/3779050

Teqlər: məscid ، avropa ، kilsə ، qədim məscid
captcha