IQNA

11:06 - January 09, 2019
Xəbər sayı: 3484496
Yanvarın 12-si Hicri-qəməri tarixi ilə 1440-cı ilin Cəmadi Əvvəl ayının beşinə təsadüf edir. Həmin gün Həzrət İmam Əli və Xanım Zəhranın (s) qızlar Həzrət Zeynəbin (s) anadan olduğu gündür.

İsveçdə Həzrət Zeynəbin (s) mövlud şənliyi keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, həftənin Cüməaxşamı günü, 10 Yanvar 2019-cu il, Həzrət Zeynəbin (s) mövlud mərasimi İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcəkdir.  

Mərasim İsveçin paytaxtı Stokholm şəhərinin İslam Mərkəzinin müsəllasında axşam saatlarında başlayacaqdır. Mərasimdə Quran qiraət olunacaq, Aşura ziyarətnaməsi və Kümeyl duası oxunacaq, şer demək, mövludnamə oxumaq, natiqlərin çıxışı və kiçik yarışlarlar kimi müxtəlif proqramlar icra olunacaqdır.

Yerli vaxtla saat 19:00-da başlayacaq mərasimdə müsəlmanlar və Əhli-Beyt (ə) aşiqləri iştirak edəcəklər.

Qeyd edək ki, cari həftənin Şənbə günü, 12 Yanvar 2019-cu il hicri-qəməri tarixi ilə 1440-cı ilin Cəmadi Əvvəl ayının beşinə təsadüf edir. Həmin gün Həzrət İmam Əli və Xanım Zəhranın (s) qızları, Kərbəla qəhrəmanı Həzrət Zeynəbin (s) anadan olduğu gündür. Hər il Cəmadi Əvvəl ayının 5-i İran İslam Respublikasına "pərəstar" (şəfqət bacısı) günü kimi qeyd edilir.    

http://iqna.ir/fa/news/3779776

Teqlər: kərbəla ، zeynəb ، mövlud
Ad:
E-poçt:
* Comment: