IQNA

11:29 - January 09, 2019
Xəbər sayı: 3484497
İsrail xüsusi təyinatlılarının Qəzzanın  Xan Yunis məntəqəsinə soxularaq keçirdiyi əməliyyatla əlaqəli aparılan araşdırmar zamanı işğalçı İsrail rejiminə casusluq ittihamı ilə 45 nəfər saxlanılıb. 

Qəzzada İsrailə casusluq edən 45 nəfər saxlanılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsrail xüsusi təyinatlılarının Qəzzanın  Xan Yunis məntəqəsinə soxularaq keçirdiyi əməliyyatla əlaqəli aparılan araşdırmar zamanı işğalçı İsrail rejiminə casusluq ittihamı ilə 45 nəfər saxlanılıb. 

HƏMAS hərəkatının nəzarəti altında olan Qəzza zolağının Daxili İşlər Nazirliyi çərşənbə axşamı yayımladığı məlumatda, ötən il noyabrın 11-də Qəzzada İsrail xüsusi təyinatlılarının əməliyyatları ilə bağlı onlara dəstək olan 45 "cəsus, xəbərçi və köməkçinin  saxlanıldığını bəyan edilib.

Daxili İŞlər Nazirliyi  casusluq edən şəxslərin etirafları və İsrail rejiminə necə əlaqə qurduqları haqqında video material yayımlayıb. 
Hazırda saxlanılan şəxslər barəsində cinayət işi açılıb və araşdırmalar davam etdirilir. 
Qeyd edək ki, ötən ilin noyabr ayında işğalçı İsrail ordusu Qəzzada xüsusi əməliyyat keçirib. Xan Yunis məntəqəsinə daxil olan  xüsusi təyinatlılar Həmas komandirlərindən birini ələ keçirməyə çalışıb. Ancaq İsrail ordusunun əməliyyatı ifşa olunub və tərəflər arasında silahlı toqquşma baş verib.
Nəticədə atışmada zamanı 7 nəfərlik İsrail xüsusi təyinatlı qrupundan bir zabit öldürülüb. İsrail ordusu vertolyotları toqquşma gedən bölgəni bombalayıb. Atışma nəticəsində 6 Həmas döyüşçüsü, o cümlədən Şeyx Nur Bərəkət şəhid olub. /maide.az/
 
Teqlər: israil ، qəzza ، mossad
Ad:
E-poçt:
* Comment: