IQNA

11:38 - January 09, 2019
Xəbər sayı: 3484498
İslam Cümhuriyyətinin qurucusu Həzrət Ayətullah Üzma İmam Xomeyninin (r.ə) keçmiş SSRİ-nin lideri Mixayıl Qorbaçova yazdığı məktub Şri-Lankada portallarda və konfranslarda müzakirəyə çıxarılıb.  

İmamın (r.ə) Qorbaçova məktubu Şri-Lankada müzakirə olunduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam İnqilabının dahi rəhbəri və İslam Cümhuriyyətinin qurucusu Həzrət Ayətullah Üzma İmam Seyyid Ruhullah Musəvi Xomeyninin (r.ə) keçmiş SSRİ-nin lideri Mixayıl Qorbaçova yazdığı məktub Şri-Lankada portallarda və konfranslarda müzakirəyə çıxarılıb.  

Bildirilir ki, məktub tamilcəyə (red- Şri-Lankanın rəsmi dili) tərcümə olunub. Portallardan birində bu barədə məqalə də yazılıb.  Məqalədə İslam dininin hansısa bir cəmiyyətdə necə böyük bir qüdrətə çevirilə biləcəyindən danışılıb. 

Məqalədə qeyd olunub ki, Ruhullah Xomeyni İslam dövlətini super güclü dövlətlər qarşısında dağ kimi saxlaya bildi. 

http://iqna.ir/fa/news/3779359

 

Ad:
E-poçt:
* Comment: