İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qum Elmi Dini Hövzəsinin "Cameətul-Mustafa əl-Aləmiyyə" beynəlxalq İslam elmləri akademiyasının Hindistanın filialının 24-cü beynəlxalq Qurani-Kərim yarışlarının final mərhələsi sabah, həftənin Cümə axşamı gün, 10 Yanvar 2019-cu ildə Yeni Dehlidə keçiriləcəkdir.
"Cameətul-Mustafa əl-Aləmiyyə" beynəlxalq İslami elmləri akademiyasının Quran yarışlarında Hindistanın 66 dini elmi hövzəsindən 70 nəfər iştirak yarışacaqdır.
Hindistanın Quran yarışlarının ilkin mərhələsi əyalətlər üzrə 500 nəfəri kişi və 532 nəfəri qadın olmaqla 1000 nəfər arasında keçirilib.
Oktyabr ayında Qurani-Kərimin hifz, tərtil və qiraət üzrə keçirilən ilkin mərhələdə Hindistanın 53 dini elmi hövzəsi və 13 Darul-Quran müəssisəsi iştirak edib.