IQNA

Bir ayda 100 təcavüz

23:25 - January 09, 2019
Xəbər sayı: 3484500
2018-ci ilin təkcə Dekabr ayı ərzində işğalçı sionist rejiminin muzdurları Fələstinin müqəddəs məkanlarına, o cümlədən Həzrət İbrahim (ə) hərəminə və Əqsə məscidinə 100 dəfə hücum və təcavüz ediblər.

Bir ayda 100 təcavüzİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2018-ci ilin təkcə Dekabr ayı ərzində işğalçı sionist rejiminin muzdurları Fələstinin müqəddəs məkanlarına, o cümlədən Həzrət İbrahim (ə) hərəminə və Əqsə məscidinə 100 dəfə hücum və təcavüz ediblər.

Bu barədə Fələstinin dini işlər və vəqflər naziri Yufis Üdəys bu gün (həftənin3-cü gün, 9 Dekabr 2019-cu il) yaydığı mətbuat bəyanatında məlumat verib.

Fələstinin dini işlər və vəqflər naziri Yufis Üdəys açıqlamasında deyib: Əsqa məscidi keçən ilin (2018) son bir ayı ərzində işağlı sionist rejiminin hərbiçiləri tərəfindən 30 dəfə hücuma məruz qalıb və Həzrət İbrahim (ə) hərəmindən azan verilməsi qadağan edilib.

Yufis Üdəys əlavə edib: Sionist hərbiçilərinin Səlvan şəhərində tunel qazılması, sionist başçıların müsəlmanlara qarşı zorakılığı, qədim Qüds şəhərində müsəlmanlara qarşı irqçi nümayişlər keçirilməsi, müsəlmanları Əqsa məscidindən çölə qovmaq və bu məscidə gələnləri həbs etmək, müsəlmanlar və ərəblər əleyhinə irqçi şüarlar səsləndirmək yəhudilərin son bir ay ərzində etdiyi cinayətlərdən bir hissəsidir.

Fələstinin dini işlər və vəqflər naziri vurğulayıb: İşğalçı sionist hərbiçiləri Yəhudi bayramları başlayan gündən Həzrət İbrahim hərəminə və Əqsa məscidinə hücumların sayını çoxaldıblar.    

http://iqna.ir/fa/news/3780068

 

Teqlər: iqna ، sionist ، Əqsa məscidi
captcha