IQNA

Fələstinli uşaq 8 aya Quranı əzbərlədi

12:49 - January 11, 2019
Xəbər sayı: 3484505
Qəzza zolağında yaşayan Fələstinli azyaşlı Əla Əvəz Cəbaliya şəhərinin "əl-Əmri" məscidində Qurani-Kərimin hifzi kursuna yazılıb və burada Qurani-Kərimi 8 ay müddətində tamamilə hifz edib.

Fələstinli uşaq 8 aya Quranı əzbərlədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) BƏƏ-nin "əl-Bəyan" qəzetinə istinadla verdiyi xəbərə görə, Qəzza zolağında yaşayan Fələstinli azyaşlı Əla Əvəz regionda rekord qıraraq 8 ay ərzində Qurani-Kərimi əzbərləyib.

Qəzza zolağında yaşayan Fələstinli azyaşlı Əla Əvəz Cəbaliya şəhərinin "əl-Əmri" məscidində Qurani-Kərimin hifzi kursuna yazılıb və burada Qurani-Kərimi 8 ay müddətində tamamilə hifz edib.

O, əvvəlcə Qurani-Kərimi "təsmi" (eşitmə) yolu ilə gündə bir səhifə əzbərləməyə başlayır. Sonra hər gün 2, bir müddət sonra hər gün 3 və sonda səhifələrin sayını artıraraq hər gün 16 səhifə əzbərləyə bilir. Bundan əlavə isə öncəki günlərdə əzbərlədiyi səhifələri də hər gün 45 səhifə olmaqla təkrarlayır.

Əlanın anası Ümmi Əli Əvəz deyir: Mən müşahidə etdim ki, Əlanın Quranı əzbərləməyə həvəsi çoxdur. Buna görə də hər gün onun işlərinin nizamlayır və evdə onun Quranı əzbərləməsinə kömək edirdim.

Qeyd edək ki, 8 yaşlı Əlanın Qurani-Kərimi 8 ayda əzbərləməsi Fələstində yeni rekord sayılır və hazırda o, Fələstinin ən azyaşlı Quran hafizidir.  

http://iqna.ir/fa/news/3780244

Teqlər: fələstin ، quran hafizi ، rekord
captcha