IQNA

0:14 - January 12, 2019
Xəbər sayı: 3484509
Hindistanın Ali Baş Məhkəməsi Yanvar ayının ilk günlərində baxılacaq Babri məscidi ilə bağlı məhkəmə işinin vaxtını yenə də tərixə salıb.

Babri məscidinin məhkəmə işi təxirə salındıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Ali Baş Məhkəməsi Yanvar ayının ilk günlərində baxılacaq Babri məscidi ilə bağlı məhkəmə işinin vaxtını yenə də tərixə salıb.

Babri məscidi məhkəmə işinin tərixə salınmasına səbəb iclasda iştirak edəcək hakimlərin sayının azlığı olub. Məhkəmədə iştirak edəcək beş hakimdən biri onun əleyhinə "ədalətsizlik" ittihamı irəli sürüldüyü üçün məhkəmə iclasına gəlməyib.

Hindistanın sağçı qrupları dövlətdəki hakim partiya "Biharatiya Canata"dan tələb edirlər ki, Babri məscidin yerində "Ram məbədi" tikilməlidir. Hindistanın baş naziri Narindra Mudi isə məhkəmənin qərarını gözlədiyini elan edib.  

Hindistanın Ali Baş Məhkəməsi münaqişəli Babri məscidi ilə bağlı növbəti məhkəminin Yanvar ayının 29-da keçiriləcəyini elan edib.

Qeyd edək ki, Barbi məscidi 16-cı əsrdə Hindistanın Utrapradeş əyalətinin Ayudiya şəhərində yerləşən qədim Ram Kut təpəliyində tikilib. Hindular deyirlər ki, bu məscid qədim Rama "allah"ının doğulduğu yerdə və qədim bir məbədin yerində tikidiyi üçün sökülməli və yerində yenidən məbəd tikilməlidir.

İngilislərin Hindistan yarımadasını işğal etdiyi dövrdən bəri bu məscid ətrafındakı qalmaqallar bitmir. 1992-ci ildə məscidin dağıdılması müsəlman və hindular arasında yenidən siyasi, ictimai və məzhəbi keşməkeşlər kəskinləşib. Bu məscid ətrafında baş verən hadisələrdə indiyədək 2000 nəfər öz həyatını itirib.     

http://iqna.ir/fa/news/3780162

Ad:
E-poçt:
* Comment: