IQNA

23:54 - January 12, 2019
Xəbər sayı: 3484514
"Bismillah" mövzusunda keçiriləcək bu sərgi İran İslam Respublikasının Rusiyadakı Mədəniyyət Mərkəzinin təşəbbüsü və Rusiya müsəlmanlarının dini idarəsinin həmkarlığı ilə təşkil edilib.

Rusiyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, gələn həftənin ikinci günü, 15 Yanvar 2019-cu il, Rusiyanın paytaxtı Moskva şəhərinin Hədiyyə Mədəniyyət Mərkəzində "Bismillah" mövzusunda hüsnxətt sərgisi keçiriləckdir.

Bu sərgi İran İslam Respublikasının Rusiyadakı Mədəniyyət Mərkəzinin təşəbbüsü və Rusiya müsəlmanlarının dini idarəsinin həmkarlığı ilə təşkil edilib.

Rusiya və İran İslam Respublikasının hüsnxətt ustaları və incəsənətçilərinin iştirakı ilə keçirilən sərgi Yanvar ayının 19-dək davam edəcəkdir.

Hər gün yerli vaxtla saat 10:00-dan 19:00-dək keçiriləcək sərgidə iranlı incəsənət ustaları hüsnxətt dərsi də tədris edəcəklər.   

http://iqna.ir/fa/news/3780363

Ad:
E-poçt:
* Comment: