IQNA

Həngərharda "hindu"lara dini mədrəsə tikilib

0:23 - January 15, 2019
Xəbər sayı: 3484525
Seyk ayini İslam və Hinduzimin qarışığından yaranmış "təkAllahlı" yeni bir ayindir. Seyklər əqidə və zahir baxımdan hindulardan fərqlənirlər, amma ictimai adətlər və ibadətlərinə görə hindulara oxşayırlar.   

Həngərharda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın şərqində yerləşən Nəngərhar əyalətində "hindu" və "seyk" ayininin ardıcılları üçün mədrəsə tikilib.

Bu mədrəsənin tikilməsində Əfaqnıstanın Maarif Nazirliyi və "The Swedish Committee for Afghanistan" müəssisəsi həmkarlıq edib.

Nəngərhar əyalətinin Maarif İdarəsinin rəisi Həsibullah Şinvari bu mədrəsənin açılış mərasimində deyib: Bir il ərzində tikilmiş mədrəsənin tikintisi üçün "The Swedish Committee for Afghanistan" müəssisəsi 9 milyon əfğani (pul vahidi) xərcləyib. "Baba Kəbir" adı verilən bu məktəb 6-cı sinifədəkdir.

Nerinder Sing Xalisə (hindu və seyklərin Əfqanıstan parlamentində vahid namizədi) Nəngərharda 100 hindu və seyk ailəsinin yaşadığına işarə edərək dedi: Bu məktəbin tikilməsi hindu və seyklərə xoş əhval-ruhiyyə vermişdir.

Məktəb olması uşaqların küçə və bazarlardan yığışmasına səbəb olacaqdır, onlar da oxumaq, yazmaq və dinlərini öyrənəcəklər. Bundan öncə hindu və seyklərin uşaqları onlara aid məktəb olmadığı üçün yazmaq və oxumağı bilmirdilər.
Qeyd edək ki, Seyk ayini İslam və Hinduzimin qarışığından yaranmış "təkAllahlı" yeni bir ayindir. Seyklər əqidə və zahir baxımdan hindulardan fərqlənirlər, amma ictimai adətlər və ibadətlərinə görə hindulara daha çox oxşayırlar.   
http://iqna.ir/fa/news/3781147

 

Teqlər: iqna ، Əfqanistan ، seyk ، hindu
captcha