IQNA

İslam illər öncə Qərb dünyasına gəlmişdir

8:56 - January 16, 2019
Xəbər sayı: 3484533
Baş nazirin Almaniyanı tanıması sələfi-vəhabilərin rəhbəri Piyer Fugelin İslamı və Quranı tanıması kimi çox məhdud və səthidir. Buna görə də ona haqq verirəm ki, desin: İslamın Almaniyaya aidiyyatı yoxdur!

İslam illər öncə Qərb dünyasına gəlmişdirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Almaniyalı qəzet yazarı Matyas (Matthias) Drobinski Almaniyanın "The Süddeutsche Zeitung" qəzetində yazdığı məqalədə Almaniyanın İslam Konfransındakı dəyişikliyi və həmçinin bu ölkənin məsullarının müsəlmanlarla fərqli davranışlarını araşdırmış və təhlil etmişdir.

İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Mərkəzinin həftəlik bülletini özünün 406-cı sayında həmin məqalənin tərcüməsinin xülasəsini nəşr etmişdir.

Qəzet yazır: Almaniyanın daxili işlər naziri Horst Seehoferin İslamı Almaniyaya aid bilməməsi yersizdir. Ondan öncəki nazirlər İslam dininin Almaniyaya aid olduğunu vurğulamışdılar. 2006-cı ildə Almaniyanın daxili işlər naziri Volfgang Şoyblenin (Wolfgang Schauble) təşəbbüsü ilə keçirilən ilk İslam konfransında o vurğulamışdı ki, İslam dini Almaniyaya aiddir. Amma bu hadisədən 12 il sonra Almaniyanın hazırkı daxili işlər nazirinin bunun əksini deməsi yersizdir. Cəmiyyətdə müsəlmanlar barədə təzadlı fikirlərin olması göstərir ki, müsəlmanlar Almaniya ictimaiyyətində özlərini doğrulda bilmişlər.

Məqalədə dünyada yaşayan 2.2 milyard müsəlmanın dünyanın istənilən nöqtəsində təsirə malik olduğunu və bunun 2018-ci ildə Almaniyada daha aydın görsəndiyini vurğulayan müəllif əlavə edir: İslami təşkilatlar 2018-ci ildə hər saniyədə öz fikr və nəzərlərini sosial şəbəkələr vasitəsi ilə cəmiyyətdə yaymaq gücündə idilər. Onlar 2018-ci ildə müxtəlif  yeni kitabların çapı ilə də ölkə ictimaiyyətinin gündəmində qalırdılar. Bundan əlavə qərbli müxatəbləri üçün çoxlu İslami filmlər ekran etdilər. Buna görə də deməliyik ki, İslam qərb dünyasına illər öncə gəlmişdir.

Matyas (Matthias) Drobinski Almaniyanın müsəlmanlarla ədalətli rəftara ehtiyaclı olduğunu vurğulayaraq deyir: "İslam Almaniyaya aiddirmi?" sualı kökündən yanlışdır. Müsəlmanların 12-ci əsrin əvvəllərində Normanlarla əlaqələri göstərir ki, İslam çox uzaq illərdə Qərb dünyasına gəlmişdir.

Müəllif vurğulayır: Bu yersiz sualın əvəzinə araşdırmaq lazımdır ki, müsəlmanların hansı qrupu Almaniya cəmiyyəti və siyasəti ilə daha yaxşı uyğunlaşa bilmişdir. Həqiqət budur ki, onların çoxu bu ölkədə dünyaya gəlmişdir. Onların da Angela Merker, Horst Seehofer və Aleksandr Guland kimi vətəndaşlıq hüquqları vardır. Onlar da istəyirlər ki, Almaniyanın siyasi və ictimai fəaliyyətlərində iştirak etsinlər. Biz Almaniyanın müasir tarixinin yeni və mühüm mərhələsindəyik. Öyrənməliyik ki, bir-birimizin kənarında necə tolerant yaşamalıyıq. Çalışmalıyıq ki, cəmiyyətdə radikalizm inkişaf etməsin.      

http://iqna.ir/fa/news/3781630  

Teqlər: iqna ، almaniya ، İslam ، islamofobiya
captcha