IQNA

Ərəbistanın Quran radiosundan yayımlanan ilk tilavət – Audio

11:14 - January 19, 2019
Xəbər sayı: 3484544
Səudiyyə Ərəbistanın İnformasiya nazirliyi bu ölkənin Quran radiosundan yayımlanan ilk tilavətin audio yazısını nazirliyinin sosial şəbəkələrdəki Twitter səhifəsində paylaşıb.

Ərəbistanın Quran radiosundan yayımlanan ilk tilavət – AudioİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın İnformasiya nazirliyi bu ölkənin Quran radiosundan yayımlanan ilk tilavətin audio yazısını nazirliyinin sosial şəbəkələrdəki Twitter səhifəsində paylaşıb.
Bu səs yazısı hicri-qəməri tarixi ilə 1392-ci ilə, yəni 48 il öncəyə aiddir.

Həmin tilavət Ərəbistanın məşhur həzin səsli qarisi Şeyx Abdullah Xəyyat tərəfindən icra edilmişdir.  

Şeyx Abdullah Xəyyat bu audio yazısında Qurani-Kərimin Bəqərə surəsinin 203-208-ci ayələrini tərtil ilə tilavət etmişdir.

Bu, Səudiyyə Ərəbistanın 1392-ci hicri-qəməri ilində təsis edilən Quran radiosundan yayımlanan ilk tilavət olmuşdur.

kod

 http://iqna.ir/fa/news/3782125  

قدیمی‌ترین تلاوت پخش شده از رادیو قرآن عربستان+دانلود

Teqlər: iqna ، quran radiosu ، tilavət ، bəqərə
captcha