IQNA

Sudan 38 nəfər jurnalisti və internet fəalını həbs edib

11:35 - January 19, 2019
Xəbər sayı: 3484545
Sudanın təhlükəsizlik nazirliyinin baş prokuroru ölkədə və xaricdə Sudan çaxnaşması ilə əlaqəli 38 jurnalist və sosial şəbəkə fəalının həbs olunması barədə hökm verib.

Sudan 38 nəfər jurnalisti həbs edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sudanın təhlükəsizlik nazirliyinin baş prokuroru ölkədə və xaricdə Sudan çaxnaşması ilə əlaqəli 38 jurnalist və sosial şəbəkə fəalının həbs olunması barədə hökm verib.

Sudanın cinayət məcəlləsinin 66, 67 və 69 maddələri və informasiya barədə cinayət qanunlarının 17-c bəndinə uyğun olaraq 38 nəfər jurnalist və sosial şəbəkə fəalının həbs olunmasına qərar verilib.

Səbəb kimi isə onların yalan xəbərlər yaymaları, ictimaiyyətin sabitliyini pozmaları, təhlükəsizliyə zərbə vurmaları, həqiqi və hüquqi şəxsləri təhqir etmələri və kütləni dövlət əleyhinə iğtişaşlara təhrik etmələri göstərilib.

Həbs edilən 38 jurnalistin 28 nəfəri xarici ölkələrdə yaşayırlar ki, onların da həsb edilməsi barədə hökm verilib.

Qeyd edək ki, artıq bir aydır ki, Sudanda etiraz aksiyaları başlayıb. Jurnalistlər və internet fəalları keçirilən aksiyaları sosial şəbəkələrdə işıqlandırırlar. Ölkənin ağır iqtisadi vəziyyəti və gündəlik təlabat mallarının qiymətlərinin artımına qarşı keçirilən etiraz aksiyalarında yaralananlar və ölən var. Etirazçılar Ömər əl-Bəşirin hakimiyyətinin devirilməsini istəyirlər.

http://iqna.ir/fa/news/3782312  

 

captcha