IQNA

Malaziya Cavanlar Şurası qarşıdurmanın dayandırılmasını tələb etdi

9:23 - January 20, 2019
Xəbər sayı: 3484555
Malaziya Cavanlar Şurası rəisi həftənin Cümə günü (18 Yanvar 2019) məsələ ilə bağlı BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  Malaziyadakı ofisinə yazılı şəkildə müraciət edib.

Malaziya Cavanlar Şurası qarşıdurmanın dayandırılmasını tələb etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziya Cavanlar Şurası BMT-dən (Beynəlxalq Millətlər Təşkilatı) Hindistanda hindular ilə müsəlmanlar arasında baş verən qarşıdurmanın dayandırılmasını və  məsələnin sülh yolu ilə edilməsi üçün çarə tapmağını tələb edib.

Malaziya Cavanlar Şurası rəisi həftənin Cümə günü (18 Yanvar 2019) məsələ ilə bağlı BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  Malaziyadakı ofisinə yazılı şəkildə müraciət edib.

Qeyd edək ki, Hindistanın Ayudiya şəhərinin 15-ci əsrə aid tarixi mirası olan Babri məscidi 1992-ci ildə Hindular tərəfindən dağıdıldı. Bundan qəzəblənən müsəlmanlar ilə hindular arasında qarşıdurma yarandı. Bu qarşıdurmalarda çoxu müsəlman olan 2000 nəfər həlak oldu.

Hindular deyirlər ki, Babri məscidi tikilməzdən öncə həmin məkanda onların məbədi olub. Buna görə də məbədin yenidən tikilməsi üçün məscidi dağıdıblar. Məhkəmə də hinduların lehinə hökm oxuyub. Həmin məkanı 3 yerə bölərək iki hissəsini hindulara verib. Müsəlmanlar bu hökmə müxalifdirlər və etiraz ediblər.

Bəzi məlumatlarda deyilir ki, Hindistan dövləti dağıdılmış məscidin əvəzinə müsəlmanlara məscid tikmək üçün yeni torpaq sahəsi vermək istəyir.    

http://iqna.ir/fa/news/3782599

captcha