IQNA

II Dünya müharibəsindən sonra indiyədək ABŞ 30 milyona yaxın insanı qətlə yetirib

12:15 - January 21, 2019
Xəbər sayı: 3484560
ABŞ  1945-ci ildən bu günə qədər həyata keçirdiyi müharibələr, çevrilişlər və digər dağıdıcı əməliyyatlar vaxtı dünyanın 37 ölkəsində 30 milyon nəfərə yaxın  insanı qətlə yetirib.

II Dünya müharibəsindən sonra indiyədək ABŞ 30 milyona yaxın insanı qətlə yetiribİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ  1945-ci ildən bu günə qədər həyata keçirdiyi müharibələr, çevrilişlər və digər dağıdıcı əməliyyatlar vaxtı dünyanın 37 ölkəsində 30 milyon nəfərə yaxın  insanı qətlə yetirib.

Bu haqda hesabatı Center of Research o Globalization yayımlayıb. Hesabata görə, insanlar əsasən Asiya, Afrika, Avropa və  Latın Amerikasında baş verən müharibə , çevriliş və digər dağıdıcı əməliyyatlarda öldürülüblər.

Hesabatda bildirilir ki,  ABŞ qüvvələri İraq və Vyetnam ilə İraqa qarşı aparılan iki müharibənin səbəb olduğu 10-15 milyon arasındakı ölümdə birbaşa məsuliyyətli olduğunu ortaya qoyur.

Bundan başqa, ABŞ-ın Əfqanıstan, Angola, Konqo, Sudan, Qvatemala və digər ölkələrdə təlim keçdiyi və əmr etdiyi müttəfiq silahlı qüvvələr tərəfindən aparılan əvəz müharibələrinin səbəb olduğu 10 milyondan ölü sayı da var. 

Bundan əlavə Amerikanın və müttəfiqlərinin 2001-ci ildən indiyədək şərqdə yaratdıqları müharibələr nəticəsində milyonlarla insan yaralanmış, ailəsi dağılmış, evindən didərgin düşmüş və digər məişət problemləri ilə üzləşmişdir. 

http://iqna.ir/fa/news/3782953

Teqlər: iqna ، amerika ، abş ، müharibə ، şərq
captcha