IQNA

Hindistandan Həzrət Zəhranın (s) tərbiyəvi sirəsi toplantısı keçirildi

10:27 - January 22, 2019
Xəbər sayı: 3484565
Həzrət Fatimeyi-Zəhranın (s) şəhadəti günləri  münasibəti ilə Hindistanda "Həzrət Fatimənin (s) yaşam tərzi və təbiyə üslubu" adlı toplantı keçirildi.

Hindistandan Həzrət Zəhranın (s) tərbiyəvi sirəsi toplantısı keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət Fatimeyi-Zəhranın (s) şəhadəti günləri  münasibəti ilə Hindistanda "Həzrət Fatimənin (s) yaşam tərzi və təbiyə üslubu" adlı toplantı keçirildi.

Həzrət Zəhranın (s) həyat tərzi, maarifləndirmə və tərbiyə üslubu mövzusu ilə keçirilən silsilə toplantılar Cameətul-Mustafa (s) Beynəlxalq İslam Akademiyasının nəzdində fəaliyyət göstərən Hindistan Xanımlar Dini Elmi Hövzəsində təşkil edilir.

Bu toplantılarda ustadlar, əl-Mustafanın elmi heyəti, Məşhədin Nərgiz dini mədərəsəsinin müdiri, Bintul-Huda Ali Elmi Müəssisəsinin elmi heyətinin üzvləri və təlim-təbriyə idarəsinin müavini və Hindistanın Cameətul-Fatimə (s) xanımlar üçün dini elmi hövzəsinin tələbələri iştirak ediblər.

Toplantıda çıxış edənlər Xanım Zəhranın (s) həyatı, fərdi xüsusiyyətləri, ayə və hədislərdə fəziləti, xanımın ibadəti, əxlaqı, ictimai işləri, ailə məsələləri və siyasi fəaliyyəti barədə danışıblar. Habelə Xanımın (s) nurani həyat cilvələrindən hicab, iffət, övlad tərbiyəsi və ailə qayğısı kimi məsələləri nümunələr ilə açıqlaylblar.

Qeyd edək ki, bu elmi toplantılar həm tələbələr və həm də cavan nəsil tərəfindən maraqlan qarşılanıb. Buna görə də Xanımın (s) həyat tərzi barədə iclaslar digər şəhərlərdə də təşkil ediləcəkdir.  

http://iqna.ir/fa/news/3783038

برگزاری نشست سیره تربیتی حضرت زهرا(س) در هند

برگزاری نشست سیره تربیتی حضرت زهرا(س) در هند

captcha