IQNA

Malaziyanın qızılı Quranı Dubay Mükafatı Müəssisəsinə hədiyyə olundu

9:17 - January 23, 2019
Xəbər sayı: 3484571
Malaziyanın "Yayasan Rostu" Quranın çapı birliyi və Quran kitabəti və nəşri müəssisəsinin heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olublar.

Malaziyanın qızılı Quranı Dubay Mükafatı Müəssisəsinə hədiyyə olunduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın "Yayasan Rostu" Quranın çapı birliyi və Quran kitabəti və nəşri müəssisəsinin heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olublar.

Malaziyanın "Yayasan Rostu" Quranın çapı birliyi və Quran kitabəti və nəşri müəssisəsinin heyəti Dubay hakiminin mədəni işlər üzrə müşaviri və Quran yarışlarının keçirilməsi komitəsinin rəisi İbrahim Məhəmməd Buməlhə ilə görüşüblər.

Səfər çərçivəsində Malaziyanın qızılı Quran nüsxəsi "Dubay Mükafatı Beynəlxalq Qurani-Kərim Müəssisəsi"nə hədiyyə edilib.

Malaziyalı qonaqlar BƏƏ-nin "Məhəmməd bin Raşid" adına Quranın əlyazma nüsxələr mərkəzini də ziyarət ediblər. Onlara mərkəzin yaradılması və Qurani-Kərimin əlyazma nüsxələrinin tarixi barədə məlumat verilib.  

Malaziyanın "Yayasan Rostu" Quranın çapı birliyi və Quran kitabəti və nəşri müəssisəsinin heyəti də öz fəaliyyətləri barədə açıqlama verərək Qurani-Kərimin Ərəbcə xəttinin təhzib (zinət və bəzəkli) və kitabətini müəssisənin əsas hədəfi olduğunu bildiriblər.

Qeyd edək ki, Malaziyanın "Yayasan Rostu" Quranın çapı birliyi və Quran kitabəti və nəşri müəssisəsi İslam dini və Quranın mesajını bütün dünyaya çatdırmaq, müsəlmanların imanını gücləndirmək və İslami incəsənəti dirçəltmək hədəfi ilə "Şah Aləm" şəhərində 1998-ci ildə təsis edilmişdir.

Yayasan Rostu müəssisəsinin "Quran Çapı Kompleksi" Səudiyyə Ərəbistanın "Məlik Fəhəd" Quran çapı müəsissəsindən sonra dünyanın ikinci böyük Quran nəşri mərkəzidir.  

http://iqna.ir/fa/news/3783328

 

Teqlər: quran ، malaziya ، bƏƏ ، iqna
captcha