IQNA

Misrli xanım əli ilə 30 nüsxə Quran yazdı – Foto

20:43 - January 27, 2019
Xəbər sayı: 3484589
Misrli 76 yaşlı xanım Zeynəb Əbdülğəni Məhəmməd Hüseyn yeddi il ərzində Qurani-Kərimi 30 dəfə əl ilə yazıb. O hər həftə 1000 ayə yazmaqla Quranın hər nüsxəsini 25 gün ərzində tamamlayıb.

Misrli xanım əli ilə 30 nüsxə Quran yazdı – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrli 76 yaşlı xanım Zeynəb Əbdülğəni Məhəmməd Hüseyn yeddi il ərzində Qurani-Kərimi 30 dəfə əl ilə yazıb.

Xanım Zeynəb Əbdülğəni Məhəmməd Hüseyn Misrin Mina əyalətinin ət-Təlin qəsəbəsində yaşayır. Onun hazırda 76 yaşı var. Quranı əl ilə yazmağa 7 il bundan öncə başlayıb. Orta məktəbin təkcə 6-cı sinifinə qədər savadı olan bu qoca nənə bütün Quranı 30 dəfə üznüdən sadə qələm ilə yazmışdır.  

Zeynən nənənin 5 oğlu və 2 qızı var. O, Misrin Mina əyalətində "Musa Şaviş" adlı kiçik bir kənddə anadan olub. Atası Quran hafizi olub, Quran qiraətini 10 məşhur qiraət üzrə bacarırmış. Bundan əlavə çoxlu hədis əzbər bilirmiş.  

Zeynəb nənənin arzusu bütün Quranı əzbərləmək olsa da təkcə 6 cüz Quran əzbərləyə bilib. Dostlarından birinin tövsiyəsi ilə Quranı əzbərləmək üçün ayələri "rüqə" (Osmanlı dövründə "nəsx" və "divani" xətlərinin qarışığından yaranmış və geniş yayılmış xətt növü)  xətti ilə yazıb. Hər həftə 1000 ayə kitabət edən Zeynəb nənə gecələri oyaq qalaraq Qurani-Kərimin əl ilə yazılışını 25 gündən çox zaman ərzində tamamlayıb.  

http://iqna.ir/fa/news/3784409

موفقیت بانوی مسن مصری در کتابت کامل قرآن

موفقیت بانوی مسن مصری در کتابت کامل قرآن

موفقیت بانوی مسن مصری در کتابت کامل قرآن

موفقیت بانوی مسن مصری در کتابت کامل قرآن

موفقیت بانوی مسن مصری در کتابت کامل قرآن

Teqlər: quran ، kitabət ، rüqə ، nəsx ، divani ، nüsxə ، əlyazma
captcha