IQNA

Qəzzada valideynlərini itirmiş yüzlərlə uşaq etiraz aksiyası keçirib - Foto

7:45 - February 05, 2019
Xəbər sayı: 3484639
Qəzza zolağında yaşayan yüzlərlə yetim uşaq bölgənin Erez sərhəd keçid məntəqəsi qarşısına toplaşaraq ailə üzvləri və yaxınlarının əməkhaqlarının kəsilməsinə qarşı etiraz aksiyası keçiriblər.
Qəzzada valideynlərini itirmiş yüzlərlə uşaq etiraz aksiyası keçirib - FotoİQNA-nın verdiyi xəbərə görə, Qəzza zolağında yaşayan yüzlərlə yetim uşaq bölgənin şimal hissəsində yerləşən Erez sərhəd keçid məntəqəsi qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.
"Felestin.info"-a "Days of Palestine"nin yaydığı məlumataistinadla xəbər verir ki, uşaqlar onların ailə üzvlərinin, qohumlarının əməkhaqlarının kəsilməsinə etirazlarını bildiriblər.
Qəzzada uşaqlar İsrailin on ildən çoxdur davam etdirdiyi dağıdıcı blokada və sanksiyalar ucbatından yoxsulluq və səfalətlə üzləşiblər, hər hansı gəlir yerindən məhrum ediliblər.
Aksiyaya çıxmış uşaqlar 12 ildən çoxdur davam edən blokadanın ləğvini tələb ediblər. Onlar, həmçinin Fələstin Dövlətinin prezidenti Mahmud Abbasın Qəzzaya qarşı tətbiq etdiyi sanksiyalara da etirazlarını bildiriblər, Abbası öz ən bəsit hüquqları uğrunda apardıqları mübarizəni pozmaqdan əl çəkməyə və Qəzzanı cəzalandırmaq üzrə İsrailin yanında yer almamağa çağırıblar.
 
 
 
captcha