IQNA

8:04 - February 05, 2019
Xəbər sayı: 3484641
İraqın cənubunda yerləşən Bəsrə əyalətində yaşayan 90 yaşlı qoca nənə Həmdiyə Cüaz Musa Qurani-Kərimin bütün surələrinin 6 ilə əzbərlədi.

Qoca nənə Quran hifzi rekordonu yenilədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın cənubunda yerləşən Bəsrə əyalətində yaşayan 90 yaşlı qoca nənə Həmdiyə Cüaz Musa Qurani-Kərimin bütün surələrinin 6 ilə əzbərlədi.

İraqın Bəsrə əyalətindən olan bu qoca nənə 1929-cu ildə Bəsrə əyalətinin şimalında yerləşən "əl-Müdəynə" rayonunda olub. O, 90 yaşında Quranı əzbərləyərək sübut etdi ki, yaş insan həyatda təkcə bir ədəddir.

Bu qoca nənə bötöv Quranı qoca yaşında 6 il müddətində bütün çətinliklərə rəğmən əzbərləyərək qocalar arasında rekordu yenilədi.

Bəsrəli 90 yaşı Həmdiyə nənə İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən Darul-Quran idarəsinin həyata keçirdiyi "1000 Quran hafizinin yetişdirilməsi" layihəsinin məzunudur.

Qeyd edək ki, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən Darul-Quran idarəsinin "1000 Quran hafizinin yetişdirilməsi" layihəsi çərçivəsində indiyədək 4 min 600 nəfər insan Qurani-Kərimi hifz edib.  

http://iqna.ir/fa/news/3787329

Ad:
E-poçt:
* Comment: