IQNA

9:19 - February 05, 2019
Xəbər sayı: 3484643
Almaniya parlamentinin silahlı qüvvələr komisarı müsəlman camaat imamlarını ölkənin silahlı qüvvələrində işləməyə dəvət edib. Bu dəvət əhali, siyasətçilər və ruhanilər tərəfindən dəstəklənib.

Almaniyada müsəlman ruhanilər hərbidə işə götülüdüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniya parlamentinin silahlı qüvvələr komisarı müsəlman camaat imamlarını ölkənin silahlı qüvvələrində işləməyə dəvət edib. Bu dəvət əhali, siyasətçilər və ruhanilər tərəfindən dəstəklənib.

İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin həftəlik bülletinin 409-cu sayında bu barədə məlumat verilib. Məlumatda deyilir ki, Almaniya parlamentinin silahlı qüvvələr komisarı silahlı qüvvələrdə xidmət edən müsəlman əsgərlərin dini məsələlərdə müsəlman ruhanisinə ehtiyacı olduqlarını önə çəkib. Onun bu təklifi Almaniya silahlı qoşunlarının protestant keşişləri və "yaşıllar partiyası" tərəfindən dəstəklənib.

Almaniya silahlı qoşunlarının protestant məzhəbinin baş keşişi Zigvord Reyng deyib: Almaniya silahlı qoşunlarında müsəlman ruhaniləri və yəhudi xaxamların işə dəvət edilməsi bu ölkədə müxtəlif dinlərə göstərilən hörmətin əlamətidir.

Bu məsələ yeddi il öncədən gündəmə gətirilib və müzakirə edilir. Keçən həftə müdafiə nazirliyi bu məsələ ilə bağlı toplantı keçirib. Müsəlman ruhanisinin silahlı qüvvələrə dəvət edilməsinin şərtləri barədə Almaniyanın İslam Konfransı məsulları ilə söhbət edilib.

Qeyd edək ki, Almaniyanın silahlı qüvvələrinn tərkibində 2 min nəfərədək müsəlman əsgəri vardır. Onların azlığı və müxtəlif şəhərlərdə pərakəndəliyi indiyədək bu məsələnin yubanmasına səbəb olub. Buna görə də müzakirələr davam edir.  

http://iqna.ir/fa/news/3787586  

Ad:
E-poçt:
* Comment: