IQNA

9:32 - February 05, 2019
Xəbər sayı: 3484644
Hindistanın paytaxtı Yeni Dehli şəhərinin "Babul-Elm" məscidində siyasi, mədəni və dini şəxsiyyətlərin iştirakı ilə İran İslam İnqilabının qələbəsinin 40-cı ildönümü mərasimi keçirilib.

Hindistanda İran İslam İnqilabının 40-cı il dönümü anıldİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın paytaxtı Yeni Dehli şəhərinin "Babul-Elm" məscidində İran İslam İnqilabının qələbəsinin 40-cı ildönümü mərasimi keçirilib.

"İmam Xomeyni (r.ə) və İslam İnqilabı" adı ilə keçirilən toplantıda İran İslam Respublikasının Fars Dili və Ədəbiyyatı Milli Akademiyasının rəisi Qulaməli Hədda Adil də iştirak edib.

Mərasim Hindistanın "Haqqın Nidası" müəssisəsinin təşəbbüsü ilə keçirilib. Toplantıda İran İslam Respublikasının Yeni Dehlidəki Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Əli Dehgahi, Yeni Dehlinin came məscidinin camaat imamı və Cümə xətibi Höccətul-İslam vəl-müslimin Möhsin Nəqəvi, Dehlinin Milli İslam Cameəsinin ustadı Məhəmmədecaz Qasimi və Hindistanın Müsəlmanların Siyasi Birliyi təşkilatının məsuli Təslim Əhməd çıxış edib.

Toplantıda çıxış edən natiqlər İran İslam İnqilabının nailiyyətləri və İran İslam Respublikasının dahi rəhbəri İmam Xomeyninin (r.ə) həyat və şəxsiyyəti barədə danışıblar.

Mərasimdə iştirak edən Pror. Eyn əl-Həsən (Cəvahir Ləl Nehru universitetinin ustadı) və Şəmim əl-Həsən İran İslam İnqilabı barədə yazdıqları şerlərini qiraət ediblər.    

http://iqna.ir/fa/news/3787476  

برگزاری جشن چهلمین سال پیروزی انقلاب در هند

برگزاری جشن چهلمین سال پیروزی انقلاب در هند

Hindistanda İran İslam İnqilabının 40-cı il dönümü anıld

Teqlər: iqna ، iran ، islam inqilabı
Ad:
E-poçt:
* Comment: